Britaniyalı ktrisa Lisa Folkner erkən mərhələdə ona döş xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.
EDnews xəbər verir ki, 54 yaşlı aktrisa və teleaparıcı bu barədə sosial şəbəkədə paylaşdığı videoda məlumat verib.
Onun sözlərinə görə, iki həftə əvvəl əməliyyat olunub və yaxın günlərdə şüa terapiyasına başlayacaq.
"Müalicəyə ehtiyacım var, amma yaxşıyam. Özümü yaxşı hiss edirəm", – deyə Folkner bildirib.
O qeyd edib ki, xəstəlik adi tibbi müayinə zamanı aşkar edilib və izləyicilərini profilaktik yoxlamaları təxirə salmamağa, vaxtında həkimə müraciət etməyə çağırıb.







