ABŞ İran nefti ilə ticarətə müvəqqəti icazə verən lisenziyanı ləğv edib.
EDnews xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Lisenziya 22 iyunda verilib və 60 gün ərzində İran nefti, neft məhsulları və neft-kimya məhsulları ilə bağlı əməliyyatlara, o cümlədən dollar əməliyyatlarına icazə verib. Vaşinqton artıq bu icazəni ləğv edib.
7 iyul tarixindən etibarən İran nefti ilə yeni sövdələşmələr qadağan edilib. Lakin mövcud sövdələşmələrin 17 iyula qədər tamamlanmasına icazə verilir.
Lisenziyanın ləğvi elan edildikdən sonra Brent markalı xam neftin qiyməti 26 iyundan bəri ilk dəfə bir barel üçün 75 dollardan yuxarı qalxıb.







