“Əlaqələrimizin inkişafı bizi sevindirir” Azərbaycanın Qətərdəki səfiri

Müsahibələr 14:53 02.10.2019

Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Eurasia Diary-ə müsahibə verib.

DOSYE:

Rəşad Fail oğlu İsmayılov 7 iyun 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib.

1996-cı ildə Baki Dövlət Universitetinin hüquq fakultəsinin əyanı şöbəsini fərqlənmə diplomu ilə bitirib.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsini bitirib. 

1996-2003-cü illərdə Həyat Qeyri Hökümət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin Rəisi olub.

2003-2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin “Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı “nın layihə rəhbəri olub.”Milli Sosial Müdafiə Sisteminin İnkişaf Proqramı“nın kordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin İnkişafı” layihəsi üzrə ölkənin məşğulluq strategiyasını hazırlanmasında yaxından iştirak edib.

2008-2009-cu illərdə Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring” MMC- biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya –Azərbaycan Ticarət Palatasının rəhbəri olub.

2009-2010-cu illərdə  Bank VTB(Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru olub.

2011-2015-ci illərdə SOCAR - "Ekol Mühəndislik Xidmətləri "QSC-də Baş direktorun müavini olub.

10.09.2015-ci il tarixində Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

07.02.2018 tarixində Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Ailə vəziyyəti: Evlidir, iki övladı var.

İngilis, türk və rus dillərini bilir.

- Cənab səfir, Qətər və Azərbaycan arasında diplomatik-siyasi münasibətləri necə dəyərləndirirsiz?

Bu il Azərbaycan və Qətər diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edir. İkitərəfli diplomatik münasibətlər 14 sentyabr 1994-cü il tarixində yaradılıb. 2007-ci ildə Azərbaycan Respublikasının Dohada, Qətər Dövlətinin isə Bakıda səfirliyi fəaliyyətə başlayıb. Qeyd edilən dövr ərzində qarşılıqlı əlaqələr böyük inkişafın şahidi olub.

Ölkələrimiz həm iki tərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Hər iki dövlət əksər regional və beynəlxalq problemlərlə bağlı eyni mövqeyi bölüşür, regionda və dünyada sülhün və sabitliyin qorunub saxlanılmasına öz töhfəsini verir. 

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və dövlət başçıları arasındakı yaxın dostluq münasibətləri Azərbaycan-Qətər əlaqələrinin inkişafında və dərinləşməsində əvəzsiz rola malikdir. 2004, 2007, 2012, 2016 və 2017-ci illərdə ən yüksək səviyyədə həyata keçirilmiş səfərləri bu dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirmək olar. Həmin səfərlər ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradaraq, qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi yönündə mühüm perspektivlər açır. İkitərəfli əlaqələrin inkişafına yönəlmiş 30-dan artıq sənəd imzalanıb.

- Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının tanıdılması ilə bağlı hansı işlər görülüb?

Qətər Dövləti Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyir. Qətər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və həmin münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə uyğun olaraq həllini tapmasına dəstək verir. Biz Qətər Dövlətinin bu mövqeyini çox yüksək qiymətləndirir və bunu regionda sülhün və sabitliyin qorunması yolunda mühüm addım hesab edirik.

57 ölkəni, o cümlədən Azərbaycan və Qətəri öz sıralarında birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsinin soyqırım aktı kimi tanınması barədə qərarlar qəbul edib. Həmin qərarların qəbuluna Qətər Dövləti də dəstəyini verib.

- Azərbaycan və Qətər arasında iqtisadi əlaqələr hansı səviyyədədir? Qətər iş adamlarını Azərbaycanda daha çox nə cəlb edir?

Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələr inkişaf edir. Bu sahədə qarşılıqlı əlaqələrin daha da inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda həmin imkanlardan maksimum istifadə üçün bütün səylər göstərilir.

Qeyd etməliyik ki, son bir neçə il ərzində iqtisadi əməkdaşlığın, həmçinin ticarət dövriyyəsinin artırılması yönündə bir sıra ciddi addımlar atılıb.

İki ölkə arasında İqtisadi əməkdaşlıq üzrə Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılıb və artıq 2017 və 2019-cu illərdə həmin komissiyanın iki toplantısı keçirilib. Qətər Dövlətinə iki dəfə ixrac missiyası təşkil olunub. Həmçinin, hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulması və inkişafı, eləcə də logistik məsələlərin həlli yönündə konkret işlər görülüb və görülməkdədir.

2018-ci ilin oktyabr ayında Qətərdə keçirilmiş “Birinci Beynəlxalq Məhsullar" sərgisində ölkəmizin 18 şirkəti iştirak edib. Sərgi çərçivəsində məhsullarımızın ixracına dair səmərəli danışıqlar aparılıb.

Karqo daşımaları ilə bağlı Qətər Hava Yolları ilə aparılmış danışıqlar müsbət nəticələnib və artıq 2019-cu ilin ikinci yarısından etibarən məhsullarımızın Qətərə birbaşa ixracına və daşınmasına başlanılıb.

Hazırda Qətər tərəfindən ölkəmizdə müxtəlif sahələrdə investisiyaların cəlbi məsələsinə baxılır. Energetika, kənd təsərrüfatı, turizm və bu kimi digər sahələr Qətər iş adamlarını daha çox maraqlandırır.

- Azərbaycanlı iş adamları da Qətərdə hansısa iş qura biliblərmi?

Azərbaycanlı iş adamları da Qətərdə iş qurmaqda maraqlıdır. Xarici investorlar üçün ölkədə geniş imkanlar təmin edilib. Bu xüsusda qeyd edilməlidir ki, Azərbaycan iş adamları Qətərdə azad ticarət zonalarında xarici investorların fəaliyyəti üçün yaradılmış geniş imkanlardan yararlana və öz bizneslərini genişləndirə bilərlər.

Sevindirici haldır ki, biz artıq bu sahədə də konkret işlərin şahidi oluruq.  Buna misal olaraq,  Dohada "Product of Azerbaijan” brendi altında “Qarabağ Parfüm” (“Karabakh Perfume”) adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzinin fəaliyyətə başlamasını qeyd edə bilərik.

- Turizm və mədəniyyət sahəsindəki əlaqələr barədə nə deyə bilərsiniz?

İkitərəfli əlaqələrin inkişafında turizm və mədəniyyət sahəsində münasibətlərin genişləndirilməsi xüsusi yer tutur. İki ölkə arasında 2004-cü ildə turizm sahəsində, 2017-ci ildə isə mədəniyyət sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Hər iki ölkədə qarşılıqlı olaraq Mədəniyyət günləri təşkil olunub. İl ərzində Qətərdə ölkəmizin mədəniyyət və incəsənətinin təbliğinə yönəlmiş tədbirlərin təşkili əsas prioritetlərimizdəndir.

Biz Qətədə növbəti Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə hazırlaşırıq. Həmin tədbir çərçivəsində ölkəmizdən böyük nümayəndə heyətinin Qətərə səfəri nəzərdə tutulur. Burada Azərbaycan kino həftəsinin, rəsm əsərləri və xalçaçılıq sərgisinin, xalq musiqisinin, milli mətbəximizin nümayişi və bir sıra digər mədəni tədbirlərin təşkili planlaşdırılır.

Son illər ərzində iki ölkə arasında turizm sahəsində də əlaqələr xeyli inkişaf edib. Təkcə qeyd etmək kifayətdir ki, son 5 il ərzində Qətərdən ölkəmizə səfər edənlərin sayında 40 dəfədən çox (309 nəfərdən 12461 nəfərədək) artım olub. İnanırıq ki, bu say daha da artacaq.

Ölkəmizin Qətərdə turizm imkanlarının təbliği məqsədilə bir sıra işlər görülüb. Qətərin aparıcı KİV-lərində mütəmadi olaraq ölkəmizlə bağlı yazı və məqalələr nəşr edilib. Qətər bloqerlərinin və KİV təmsilçilərinin ölkəmizə səfərləri təşkil edilib.

Ölkəmizin əlverişli turizm imkanları, həmçinin viza siyasətinin sadələşdirilməsi və turizm potensialımızın xaricdə təbliği istiqamətində görülən işlər ölkəyə gələn əcnəbilərin sayınının daha da artmasına əlverişli zəmin yaradır. Qətər Hava Yolları tərəfindən Bakıya gündə iki dəfə birbaşa uçuş həyata keçirilir. Bu reysə olan marağı və sərnişinlərinin sayının artdığını nəzərə alaraq, hazırda birbaşa uçuşların sayının artırılması nəzərdən keçirilir.

Yaxın zamanda Azərbaycan-Qətər Birgə Turizm Forumunun keçirilməsi üzərində çalışırıq. Həmçinin, viza siyasətinin daha da liberallaşdırılması yönündə danışıqlar aparılır. Bu istiqamətdə görülən işlər bizdə turizm əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik yaradır.

- Qətərdə yaşayan azərbaycanlılarla, diaspor təşkilatları ilə səfirliyin əlaqələri hansı səviyyədədir?

Hazırda Qətərdə 300-ə yaxın Azərbaycan vətəndaşı yaşayır. Diaspora ilə səfirlik arasında əlaqələrin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlarımızın təşkilatlanması və onların dövlətimizin ümumi maraqları ətrafında sıx birləşməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülməkdədir. Bu xüsusda, 2018-ci ilin dekabr ayında Qətərdə yaşayan həmvətənlərimizlə birgə qəbul olunmuş qərar əsasında bu ölkədə Azərbaycan diaspor təşkilatı təsis edilib. Azərbaycanın maraqlarının qorunması, təbliği, ölkəmiz barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və Azərbaycan-Qətər dostluq əlaqələrinin inkişafı diaspor təşkilatının əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.

2019-cu ilin fevral ayından etibarən isə səfirliyimizdə diaspor təşkilatı ilə birgə Azərbaycan dilinin tədrisi məqsədilə “Bazar Günü” məktəbi yaradılıb və fəaliyyətə başlayıb. Məşğələlərdə əsasən ingilis dilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dili tədris edilir. Eyni zamanda, Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, adət-ənənələrimiz, qədim və yeni tariximiz öyrədilir. Məşğələlərdə iki qrupda olmaqla 30-a yaxın həmvətənimiz iştirak edir.

- Azərbaycanla Qətər arasında münasibətlərdə hansısa yeniliklər gözlənilirmi?

Azərbaycan-Qətər münasibətlərinin inkişafı hər iki tərəfin maraqlarına xidmət edir və biz bu yöndə müsbət dinamikanın şahidiyik. Əlaqələrimizin inkişafı bizi sevindirir.

Son illər ərzində iqtisadi sahədə münasibətlərin inkişafı yönündə görülmüş intensiv işlər sayəsində bu sahədə əməkdaşlığın konkret nəticələr verəcəyinə inanırıq və yeniliklər gözləyirik.

 

Həşim Məmmədov

Rusiyada pələng deputatı parçaladı

Xəbər xətti

Ekrem İmamoğlu saxlanıldı
11:23 19.03.2025
“Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib
11:22 19.03.2025
Ramazanın 19-cu gününün duası
10:46 19.03.2025
Marsda yeni görüntülər qeydə alındı
10:40 19.03.2025
Novruz və Ramazan bayramları ilə əlaqədar tətil sabahdan başlayır
10:32 19.03.2025
Qaxda dağlıq ərazi yanır
10:25 19.03.2025
Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb
10:24 19.03.2025
Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər keçirib
10:12 19.03.2025
Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb
10:05 19.03.2025
Qəzza Zolağında Yeni Hücum Dalğası: 400-dən Çox Ölüm
09:42 19.03.2025
Tramp və Putin atəşkəs üzrə danışıqlara başladı,amma...
08:17 19.03.2025
Polşa Rusiya və Belarus ilə sərhədi minalayacaq
08:17 19.03.2025
ABŞ robot istehsal ediləcək zavod açır
08:13 19.03.2025
Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?
01:19 19.03.2025
Qazaxıstanın qərbində dron düşüb
01:13 19.03.2025
UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib
00:59 19.03.2025
"20 Yanvar" stansiyasında törədilən terror aktından 31 il ötür
00:01 19.03.2025
Azərbaycan sənaye zonalarında “yaşıl enerji"dən istifadəni genişləndirəcək
15:02 18.03.2025
“Azərbaycan Prezidentinin qlobal transformasilayarla bağlı mövqeyi maraqla qarşılanır”
14:04 18.03.2025
İqlim Dəyişikliyi şəhər infrastrukturuna necə təsir göstərir?
13:55 18.03.2025
Fuci dağına qalxmaq artıq pulsuz deyil
13:03 18.03.2025
Monqolustanda Çinin Han sülaləsi dövrünə aid təsgər məzarlığı tapılıb
12:58 18.03.2025
Kosmosda ilişib qalan NASA astronavtları yerə qayıdırlar
12:27 18.03.2025
Suqovuşanda məscid istifadəyə verilib
12:23 18.03.2025
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 38 % artıb
12:03 18.03.2025
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
11:56 18.03.2025
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub
11:19 18.03.2025
Prezident İlham Əliyev və xanımı Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak edib
10:59 18.03.2025
Prezidentlə xanımı sakinlərlə birlikdə Novruz tonqalı qaladılar
10:45 18.03.2025
"Husilərə dəstək verən İran ağır nəticələrlə üzləşəcək"
10:36 18.03.2025
Azərbaycan səfiri ITF direktoru ilə mina problemini müzakirə edib
10:18 18.03.2025
İlham Əliyev və xanımı Ağdərə açılışda iştirak etdi
10:16 18.03.2025
Xankəndiyə həsr edilmiş broşür üç dildə nəşr edilib
10:13 18.03.2025
İsrail Qəzzanı bombardman etdi: Ölənlərin sayı 300 nəfəri keçdi
10:12 18.03.2025
" Rusiya və Ukrayna arasında atəşkəs sazişinin bir çox bəndi razılaşdırılıb"
10:09 18.03.2025
"İnsanlar 5-7 ildən sonra Marsı koloniyalaşdırmağa başlayacaq"
09:18 18.03.2025
Tramp və Putin arasında müzakirə edilən şərtlər hansılardır?
09:07 18.03.2025
Kral III Çarlz Kanadanın yeni Baş naziri ilə görüşüb
02:48 18.03.2025
Bu gün ilk Qədr gecəsidir
00:18 18.03.2025
Çanaqqala zəfərindən 110 il ötür
00:12 18.03.2025
Hamısı