“Rusiyadakı Azərbaycan diaspor təşkilatları birləşməlidir” - Mixail Qusman | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


“Rusiyadakı Azərbaycan diaspor təşkilatları birləşməlidir” - Mixail Qusman

Siyasət A- A A+

“Əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı “Azərbaycan mənim üçün nə edib?”, - deyə soruşmaq əvəzinə, “Mən Azərbaycan üçün nə etmişəm?” deməlidir”.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bunu TASS Dövlət İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman TASS” agentliyinin Azərbaycan əsilli jurnalist Səadət Kadırovanın müəllifi olduğu "kadyrovaonline" YouTube kanalında yayımlanan "Meçtı sbıvayutsya-Arzular gerçəkləşir" verilişində deyib.

M. Qusman bildirib ki, Rusiyada əslən Azərbaycandan olan görkəmli şəxslər yaşayır: “Onlar elm, mədəniyyət, biznes və digər sahələrdə təmsil olunurlar. Bu insanlar Rusiya cəmiyyətinin tərkib hissəsidir. Onlar Rusiyaya böyük fayda verirlər. Lakin bununla belə, onlar eşq olsun ki, öz doğma vətənləri ilə əlaqəni kəsmirlər. Con Kennedinin məşhur bir kəlamı var: “Soruşma ki, Amerika sənin üçün nə edib, özündən soruş ki, sən Amerika üçün nə etmisən. Əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı “Azərbaycan mənim üçün nə edib?”, - deyə soruşmaq əvəzinə, “Mən Azərbaycan üçün nə etmişəm?” deməlidir”.

M. Qusman Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsinin vacibliyini də vurğulayıb: “Təşkilatlar çox ola bilər. Burada söhbət monopoliyadan getmir. Əsas odur ki, həmin təşkilatlar insanlara xeyir gətirsin. Azərbaycan diaspor təşkilatlarında çox müdrik, ağıllı, peşəkar, öz sahəsində böyük nailiyyətlər əldə edən insanlar var. Gərək bu təşkilatlar birləşmə formasını tapıb insanlara fayda versinlər. Lakin elə insanlar var ki, rəis olmağı xoşlayırlar. Bu "nonsens"dir. Bu ambisiyaların oyunudur və ümumi işə zərər verir”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...