Düşməni “hərbi oyunlar”da deyil, Qarabağ cəbhəsində məğlub etməyi bacaraq!

Siyasət 15:51 19.09.2019
İnqilabla hakimiyyətə gələn komanda içərisində tədricən parçalanmanın olması, komanda üzvləri arasında gərginlik və dövlət başçısına münasibətdə “inqilabi əhval-ruhiyyəni” saxlamaq tarixən mövcud olub və adətən ağıllı lider hakimiyyət başına keçdikdən sonra dünənə qədər birgə şərab içdiy, hətta yanında kiçik də olsa günah etdiyi inqilabçı dostlarını ya tezliklə komandadan uzaqlaşdırır, hətta həbsə saldırmaqdan, fiziki məhv etməkdən belə çəkinmir. Bunu zamanında Stalin sübut edib. Paşinyan Stalin olmasa da, zaman da o zaman deyil. “Məxməri inqilab”ın tikanlı üzü yavaş-yavaş üzə çıxır. 
 
Ölkənin təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyan istefa ərizəsi yazır və Paşinyan bunu qəbul edib vəzifədən azad etdikdən sonra general dillənməyə başlayır, idarəetmənin belə aparılmasından açıq narazılığını ifadə edir və baş naziri səbirsiz, kobud rəhbər kimi təqdim edib, sonunda faktiki olaraq cəmiyyətə çağırış edir: “Qoy, mənim istefam ayıldıcı addım və “Dur” çağırışı olsun”-deyir.
 
Nə baş verir? Dağlıq Qarabağa gələndə ordusunun tezliklə dünyanın ən güclü 25 ordusundan biri olacağını, təhlükəsizlik xidmətinin isə dünya sistemində ilk onluğa düşəcəyini söyləyən baş nazir, nədən birdən-birə bu qərara gəlib? Burda diqqət ediləsi məqam var: mətbuatın bildirdiyinə görə Paşinyan istefa məsələsinə münasibətini belə açıqlayıb: “O nədən danışır? Mən onu dəvət etdim, söhbət apardım, nəticədə o istefa ərizəsini yazdı”. Yəni, Paşinyan öz nüfuzunu qorumaq məqsədilə deyir ki, o könüllü istefa verməyib. İstefa verən zabit isə indiyədək sussa da, istefa qəbul olandan sonra sərt bəyanat verir. Bu, məhz siyasi gedişdir. Vanesyanın tezliklə Paşinyan hakimiyyətinə ən əsas müxalif güc olacağı çox inandırıcı görünür. Bu gedişin arxadakı müəllifinin Rusiya olmasını bilmək üçün baş sındırmaq yox, elə Vanesyanın bioqrafiyasına nəzər salmaq kifayətdir. 2003-cü ildə, yəni Ermənistanın müstəqilliyinin 12-ci ilində Ermənistan vətəndaşının Putinin doğma şəhərində Rusiya xüsusi xidmət orqanının Akademiyasını bitirməsi çox şey deyir. SSRİ dönəmində Moskvada Patris Lumumba adına bir “Xalqlar dostluğu” universiteti var idi və burada təhsil alan bütün xarici tələbələr faktiki olaraq KQB tərəfindən “verbovka” olunurdu, hətta bəzilərindən terrorçu belə hazırlayırdılar. Məşhur “Şakal” ləqəbli İlya Ramires Sançes də bu universitetdə təhsil almışdı. Qısaca demək olar ki, Rusiya FTX-sı Vanetsyanı çətin boş buraxardı. Rusiya Koçaryan kartı ilə bir ildən çoxdur ki,  Paşinyan hakimiyyətinə təzyiq etsə də, istədiyinə nail ola bilmir, çünki keçmiş prezidentə erməni cəmiyyətində rəğbət demək olar ki, yoxdur. İndiki prezident Armen Sarkisyanın Paşinyanla münasibətləri çox soyuq olsa da, bu şəxsin də ciddi təsir və təzyiq imkanları yoxdur. Paşinyanın komandasının möhkəmlənməməsi üçün Azərbaycanın Qarabağda müharibə, ya da uğurlu lokal döyüş qələbəsini isə Rusiya bir təzyiq vasitəsi kimi qəbul etmək istəmir, təəssüf ki,  bu şəraitdən bizim yararlanmağımız da baş verməyib. Deməli, Paşinyana daxildə daha ciddi rəqib hazırlamaq lazımdır və o artıq var. 
 
Ölkənin daha çox informasiyalı adamının qəflətən istefa verib, faktiki idarəetmənin yararsız olması barədə bəyanat verməsi siyasi xarakter daşıyır və Vanetsyanın  tezliklə siyasi addımlar atacağının mümkünlüyü barədə artıq Rusiya mətbuatı mövqeyini bildirib. Açığı, bu vəziyyətin perspektivi Azərbaycan üçün pozitiv görsənmir. Rusiyanın sevmədiyi Paşinyan hakimiyyətinin zamanında yararlana bilməmişiksə, Rusiyanın himayəsi ilə hakimiyyətə gələ biləcək şəxsin dövründə hansısa uğurun qazanılacağı az inandırıcı və xeyli mürəkkəb görünür. Uzaq vaxta deyil, düşmən ölkədə yaxın vaxtlara kataklizmlərin yaşanacağının işartıları artıq görünür. Əsas odur ki, biz bu qarşıdurmadan ağıllı şəkildə istifadə edə bilək və erməniləri “hərbi oyunlarda” deyil, Qarabağ cəbhəsində məğlub etməyi bacaraq. (moderator.az)
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
Hamısı