Onlar yenə deputat olmaq istəyir...

Siyasət 11:24 07.12.2019

V çağırış bəzi deputatlar 9 fevralda keçiriləcək növbədənkənar seçkiyə hazırlaşır, bəziləri partiyanın qərarını gözləyir - siyahı

9 fevral, 2020-ci il Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə prezidentin sərəncamı var və artıq siyasi partiyalarda seçki hazırlığı, müzakirələri başlanıb, V çağırış bəzi deputatlar tərəfindən də hərəkətlənmələr var. Maraqlıdır, hansı deputat yenidən namizədliyini irəli sürəcək?

Bununla bağlı “Yeni Müsavat”ın sorğusunu cavablandıran Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, namizədliyini irəli sürməyə hazırlaşır:

“Əlbəttə, seçkidə iştirak edəcəyik, partiyanın da qərarı var. Böyük ehtimal ki, 26 saylı Sabunçu Seçki Dairəsindən yenə namizəd olacağam”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri deputat Asim Mollazadə bildirdi ki, bununla bağlı müzakirələr gedir və seçkidə hansı formada iştirak edəcəklərini ictimaiyyətə açıqlayacaqlar.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin sözlərinə görə, gələn həftə partiyanın Məclisinin qərarı olacaq: “Amma təbii ki, partiya varsa seçkidə iştirak mühümdür. Əksinə, seçkiyə getməmək absurddur. Ancaq mənim, yoxsa başqasının namizəd olacağı partiyanın Məclisində bilinəcək”.

Deputat Aqil Abbas ile ilgili görsel sonucu

Deputat Aqil Abbas üç dəfə Qarabağdan deputat seçildiyini yada saldı. Onun sözlərinə görə, camaatın rəyini öyrənib, ona uyğun addım atacaq: “Mən üç dəfə deputat seçilmişəm və demişəm ki, kim məni parlamentdə görmək istəyirsə ərizə versin. Bu dəfə də insanların rəyini öyrənəcəm, onlarla görüşəcəm. Əgər desələr ki, daha bəsdir, qoy təzəsi olsun, onda çıxıb evimə gedəcəyəm”.

Deputat Çingiz Qənizadə ile ilgili görsel sonucu

Deputat Çingiz Qənizadə də nöbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır: “Əgər seçicilərimin etimadını doğrultmuşamsa, məndən razıdırlarsa, müraciətlərinə laqeyd deyiləmsə, onda növbəti dəfə namizəd olmaq lazımdır. Hesab edirəm ki, onlar məndən, mən də onlardan razıyıq. Həmişə onların məsələlərini qaldırmışam, görüşlər keçirmişəm, problemlərinə biganə qalmamışam. Ona görə yenə eyni dairədən namizəd olacağam”.

Deputat Vahid Əhmədov ile ilgili görsel sonucu

Deputat Vahid Əhmədov modern.az-a bildirib ki, hər bir vətəndaş, istər müxalifət, istər iqtidar nümayəndəsi olsun - seçkidə iştirak hüququndan istifadə etməlidir. V.Əhmədov demokratik seçkilərə şübhəsi olanlara Qubadakı seçkiləri müşahidə etməyi təklif edib.

Bu arada rəsmən buraxılan Milli Məclisin üzvləri qarşıdakı iki ay müddətində necə adlandırılmalıdır - deputat, yoxsa sabiq deputat?

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Çoxlarını bu sual düşündürür və hüquqşünas Əliməmməd Nuriyev modern.az-a deyib ki, onların səlahiyyətlərinin müəyyən bir qismi saxlanılıb: “Hələ ki mandatını itirməyiblər, yəni deputatlar fərdi qaydada arzu və istəkləri ilə istefa verməyiblər. İndiki halda hər biri deputat səlahiyyətinə malikdir. Hər hansı bir mövzu üçün deputata müraciət edilsə, yazıda ”V çağırış Milli Məclisin deputatı" kimi qeyd edilməlidir".

Qeyd edək ki, Seçki Məcəlləsinə görə, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450-nin imzası toplanmalıdır. Maksimal hədd nəzərdə tutulmayıb.

Seçki qanunvericiliyinə görə, seçici imzalarını 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaş toplaya bilər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
Hamısı