İran ayətullahı Azərbaycanı hədələyib | Eurasia Diary - ednews.net

17 Oktyabr,

İran ayətullahı Azərbaycanı hədələyib

Siyasət A- A A+

İran dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib.

EDNews.net xəbər verir ki, ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib. O, Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə ayətullah Amili İranı nəzərdə tutub.

İranın narahatlığı o həddə çatıb ki, Azərbaycana əzələ nümayiş etdirmək istəyir. Bu məqsədlə də SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməyə hazırlaşır.

Qeyd edək ki, Azərbaycanın Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması və iranlı sürücülərin Xankəndiyə qanunsuz yük daşımalarının qarşısının alınması cənub qonşumuzda hiddətlə qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...