İlham Əliyev bu ölkələrin prezidentlərini təbrik etdi - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

İlham Əliyev bu ölkələrin prezidentlərini təbrik etdi

Siyasət A- A A+
Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Katalin Novaka təbrik məktubu ünvanlayıb.
 
Ednews xəbər verir ki, mətndə deyilir: 
 
"Hörmətli xanım Novak, Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
 
Azərbaycan ilə Macarıstan arasındakı münasibətlərin dinamik inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi və mədəni sahələrdə daim genişlənən əlaqələrimiz çoxtərəfli qaydada fəal əməkdaşlığımız ilə müşayiət olunur.
 
İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ənənəvi dostluğun daha da möhkəmləndirilməsi, strateji tərəfdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
 
Prezident İlham Əliyev həmçinin Koreya Respublikasının yeni seçilmiş Prezidenti Yun Sok Yola da təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Yun, Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Mən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...