"İranda həlak olanların sayının artmasından narahatıq" - BMT-nin baş katibi - ednews.net

29 Noyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"İranda həlak olanların sayının artmasından narahatıq" - BMT-nin baş katibi

Siyasət A- A A+
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İranla bağlı bəyanat yayıb. O, ümumxalq etirazları qarşısında Tehran hakimiyyətini “maksimum təmkinli olmağa” çağırıb.
 
Ednews xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.
 
Quterreş İran hakimiyyətindən etirazçılara qarşı "mümkün qədər təmkinlilik" nümayiş etdirməyi və xalqa qarşı "lüzumsuz və qeyri-insani" repressiyalara son qoymağı tələb edib.
 
“Baş katib İran təhlükəsizlik qüvvələrindən lüzumsuz və şiddətli gücdən çəkinməyi tələb edib. O, gərginliyin artmasının qarşısını almaq üçün hər kəsi maksimum təmkinli olmağa çağırıb",- deyə BMT baş katibinin sözçüsü Stiven Ducarik bildirib.
 
O, daha sonra İranda başlayan etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından getdikcə daha çox narahat olduqlarını vurğulayb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...