Güney Azərbaycan İcması yaradıldı BƏYANAT Qəbul olundu

Siyasət 17:42 30.01.2023

Bakıda Güney Azərbaycan İcması yaradılıb.

Ednews xəbər verir ki, bu gün “İranlı Mühacirlər Cəmiyyəti”  İctimai Birliyinin ofisində tədbir keçirilib. 

Tədbirdə Güney Azərbaycan İcmasının təsisçisi və sədri, güneyli yazar Sayman Aruz, icmanın Təsisçi Heyəti və İdarə Heyətinin üzvləri Xalq artisti Nürəddin Mehdixanlı, Xalq artisti Siyavuş Kərimli , üzvlər Etibar Azəroğlu (Xalq şairi Balaş Azəroğlunun oğlu), Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzyev, Günaz TV-nin təsisçisi və rəhbəri Əhməd Obalı, Əməkdar artist Loğman Kərimov həmçinin millət vəkili Musa Qasımlı, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, güneyli yazar Sayman Aruz açaraq qeyd edib ki, Güney Azərbaycan İcmasının yaradılmasında əsas məqsəd vəzifəsindən asılı olmayaraq, dünyada yaşayan güneyliləri bir araya gətirməkdir:

“Ötən ilin dekabrın sonunda Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni binasının açılışında çıxışı zamanı bir sıra tarixi mesajlar verdi. İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. Xalqımız gec-tez bu torpaqlara qayıtmalıdır. Hazırda Qarabağ İcması, Qərbi Azərbaycan İcması var və niyə də Güney Azərbaycan İcması olmasın. Çünki  dünyaya ən çox da səpələnən elə güney azərbaycanlılardır”. 

Güney Azərbaycan İcmasının təsisçilərindən biri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev də çıxış edərək bildirib ki, hazırda dünya azərbaycanlılarının bir yerdə olmasına daha çox ehtiyac var:

“Mənə bu icmanın təsisçiləri sırasında olmağı təklif edəndə dərhal razılaşdım. Çünki belə bir gündə hətta güneyli olmasan belə bu sırada olmaq hər kəs üçün şərəfdir. Niyə məhz indi? Çünki bizim bir yerdə olmağımıza indi daha böyük ehtiyac var. Bütün varlığımla bu icmada xidmət edəcəm və rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondunun əlaqələrindən də lazımi şəkildə istifadə edəcəyik”.

Millət vəkili Musa Qasımlı da qeyd etdi ki, bu cür icmanın yaradılması milli məsələdir:

“Siyasi partiya mənsubiyyəti, mövqeyi önəmli deyil.  Çünki Cənubi Azərbaycan bizim ürəyimizin bir parçasıdır. O tayda yaşayan azərbaycanlılar bizim qanımızın, dilimizin daşıyıcılarıdır, biz bir millətik. Və onların taleyinə heç bir zaman biganə qala bilmərik. Burada söhbət siyasi məsələlərdən deyil, ən azı humanitar məsələlərdən gedir. Necə ola bilər ki, bir ölkədə 40-45 milyon azərbaycanlı yaşasın, amma onların ana dilində bir məktəbi olmasın. Belə bir şey dünyanın hansı ölkəsində mövcud ola bilər?”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
Hamısı