"Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib".
Ednews verir ki, bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə bildirib.
"Şəxsən mənim üçün Azərbaycanda keçirilən tarixi seçkidə iştirak etmək böyük şərəf idi. Bizim missiyanın tərkibində ŞƏT-ə üzv dövlətlərin, qanunverici, icraedici orqanlarının nümayəndələri təmsil olunub", - o əlavə edib.
Baş katib Azərbaycan tərəfindən beynəlxalq müşahidəçilərin dəvət edilməsini seçkilərin şəffaflığının və demokratikliyinin göstəricisi adlandırıb:
“Azərbaycan beynəlxalq müşahidəçiləri dəvət etməklə açıq və şəffaf seçkilərin keçirilməsində maraqlı olduğunu sübut etdi”