İsrail kəşfiyyatının (MOSSAD) rəhbərləri atəşkəs danışıqları üçün Qətərin paytaxtı Dohaya və Misirin paytaxtı Qahirəyə gedəcəklər.
Ednews xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, səfərlər qarşıdakı günlərdə baş tutacaq.İsrail rəsmiləri həmkarları ilə Yaxın Şərqdə davam edən müharibə barədə danışacaqlar.