Türkiyənin ən məşhur jurnalistlərindən biri Fatih Altaylı radikal qruplaşmanın SOCAR-ın İstanbul ofisinə hücumunu şərh edib.
Ednews xəbər verir ki, Altaylı bu fikirləri deyib:
"Bu cür həyasız aksiyaları hansı haqla keçirirsiniz? Üçüncü ölkənin ticarətinə müdaxilə edirsiniz? Bütün dünya Azərbaycana qarşı olduğu halda, İsrail Azərbaycanı dəstəklədi.
Ermənistan məsələsində və erməni işğalında bütün dünya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması səylərini təcavüzkar mövqe adlandırsa da, Azərbaycanın yanında iki ölkə - Türkiyə və İsrail dururdu. Siz kimsiniz ki, belə şeylər təşkil edirsiniz? HƏMAS bütün bu illər ərzində sizə nə verdi? Yerinizi bilin."
Fərid