Qərbin Cənubi Qafqazla bağlı aydın bir strateji xəritəsi varmı? - BAMF prezidenti Umud Mirzəyev ŞƏRH EDİR

Siyasət 11:00 11.07.2024

Qərbin Cənubi Qafqazla bağlı aydın bir strategiya və ya yol xəritəsi varmı? Azərbaycanla məsafəli davranış, Gürcüstanı özündən uzaqlaşdırma cəhdlərini görürük. Tək Ermənistan üzərindən bölgədə yerləşmə səyləri nə qədər məntiqlidir?

Mövzu ilə bağlı Ednews-a Beynəxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev öz fikirlərini bölüşüb. Onun fikrincə Qərbin Cənubi Qafqazda yol xəritəsi yox, yalnız strateji maraqları var.

photo_130385.jpg

“Qərb Cənubi Qafqazla bağlı hər hansı bir çıxış, proqram ortaya qoymayıb və bununla bağlı yol xəritəsi də bildiyim qədər mövcud deyil. Mövcud olan odur ki, Qərbin və yalnız Qərb deyil, həm də ABŞ-ın Cənubi Qafqazla bağlı maraqları həmişə olub. ABŞ və Qərbin maraq dairəsi həmişə Cənubi Qafqaz ilə kəsişib. Bu region özünün mövcud olduğu məkan baxımından strateji bir regiondur və burada dünyanın supergücləri başda olmaqla, hər bir ölkənin maraqları var. Hər biri çalışır ki, öz mövqeyini möhkəmləndirsin. Əlbəttə, qeyd etmək olar ki, Qərb, regionda mövcud olan 3 ölkədən yalnız biri ilə daha çox isti münasibət aparır. Bu Ermənistandır. Gürcüstanla bağlı son zamanlarda qəbul olunan bəzi qərarlar, ölkənin özünün daxildə həyata keçirdiyi müəyyən siyasət Qərb dairələri tərəfindən yaxşı qəbul olunmur.

Bu nöqteyi – nəzərdən Gürcüstanla münasibətin yaxşı olduğunu dilə gətirmək olmaz. Görünən odur ki, Gürcüstanla bağlı Qərbin siyasəti çox ehtiyatlı bir siyasətdir. Məsələ, burasındadır ki, Rusiya ilə Gürcüstanın arasında böyük bir konflikt var. Bu konflikt ərazi konfliktidir və yaxşı mənada bu konflikt açıq müstəvidə aparılmasa da, soyuq müstəvidə Gürcüstanla Rusiya arasında Saakaşvili dövründən qalmış bir münaqişə ocağı var və həmin o, ocaq hər an alovlana bilər. Ona görə də Qərb dairələri, Amerika bu səbəbdən Gürcüstana Avropaya inteqrasiyasının nə qədər təhlükəli olduğunun fərqindədir. Onun Avropaya inteqrasiyasını da hər tərəfli şəkildə dəstək göstərilməsini də meyl etmirlər."

U.Mirzəyev hesab edir ki, Qərbin regionda aktiv olmasının səbəbi, Ermənistanın onunla əməkdaşlığa can atmasıdır:

"Ermənistan isə hazırki günümüzdə Rusiyanı tam şəkildə rədd edir. Ümumiyyətlə, Ermənistan mövcud olduğu tarixdən bu günə qədər müstəqil siyasəti olmayıb. Müstəqil bir dövlət olmayıb. Yəni, forpost bir ölkədir. Onun mövcudluğu hansısa ölkədən asılı olub. Bu ölkənin nə iqtisadi imkanları, nə resursları yetərincə deyil ki, dəstək olmadan öz mövcudluğunu qoruyub saxlasın. Uzun illərdir bu ölkə Rusiyanın hesabına mövcud olub. Bu gün isə Rusiyaya arxa çevirir və Avropa, ABŞ bunu fürsət bilib, Ermənistandan istifadə eləyib Cənubi Qafqazda lövbər salmaq istəyirlər".

Müstəqil siyasəti ilə Azərbaycanın digər iki ölkədən fərqləndiyini vurğulayan BAMF prezidenti, Qərbin bu nöqteyi nəzərdən ölkəmizlə münasibətlərdə daha soyuq davranmasını göstərib:

"Azərbaycan isə müstəqil siyasət yeridir. Azərbaycan bu üç ölkənin arasında həm iqtisadi durumu dayanıqlıdır və lider baxımından şansı gətirən bir ölkədir. Bu səbəbdəndir ki, bizim bugünki siyasətimiz digər iki digər Cənubi Qafqaz ölkəsi ilə müqayisədə müstəqil mövqeyi, imkanları ilə fərqlənən bir ölkədir. Təbii ki, bu da supergüclərin xoşuna gəlməyən bir məsələdir. Supergüclər həmişə çox istəyərlər ki, onların tərəf olduğu, onların daxil olmaq istədiyi regionlarda güclü, dayanıqlı ölkələr olmasın".

Fond rəhbəri qeyd edir ki, Rusiyanın regionda olan mövcudluğu ilə Qərbin yaxın gələcəkdə möhkəmlənməsi inandırıcı görünmür:

"Ermənistanda Rusiya ordusu öz mövcudluğunu davam etdirir, Gürcüstan ərazisinin böyük bir qismi Rusiyanın nəzarətindədir. Yəni, mən düşünmürəm ki, Cənubi Qafqazda Qərb və yaxud ikinci bir supergüc olsun. Rusiya o məsələlərə yəqin ki, qəti mövqeyini bildirəcək. Azərbaycan bu məsələlərdə çalışır, öz neytrallığını qoruyub saxlasın. Çünki Qərbin, Ermənistanda yerləşməsi İranın da maraqlarına uyğun deyil.

Ona görə də, Rusiyanın diqqəti hazırda daha çox Ukraynadadır, amma bu məsələlər səngidikcə, yüksək bir ehtimalla özünün Cənubi Qafqazdakı mövqelərini mökmələndirməyə çalışacaq. Bu məntiq, yəni tək Ermənistan üzərində Qərbin siyasətinin həyata keçirməsinin, həm də bir nədəni budur ki, maraqlar, yəni Azərbaycanı qane etməyən təkliflər, ölkəmizin milli maraqlarına uyğun olmayan hər hansı bir gediş Azərbaycan tərəfindən sərt bir şəkildə qarşısı alınır. Ona görə də, zəif bənd Ermənistan olduğuna görə bugün Cənubi Qafqaza daxil olmağa çalışırlar" , - deyə o, sonda vurğulayıb.

Əkbər Novruz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Hamısı