Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2003-2016-cı illərdə baş katibi olan Nikolay Bordyuja Ermənistanın təşkilata üzvlüyünü dayandırmasını böyük səhv adlandırıb. EDnews xəbər verir ki, N.Bordyuja KTMT ilə yanaşı, Rusiyanın da İrəvana böyük köməkliklər göstərdiyini belə izah edib: “Ermənistanın hərbi qüvvələri, o cümlədən bütün güc strukturları illər boyu Rusiyadan hərtərəfli - hərbi texnikadan tutmuş elmi və texniki dəstəyə qədər, yardım alıblar. Sadəcə rəqəmlər gizlidir, ancaq onu bilərəm ki, Rusiya Ermənistanın silahlı qüvvələrinə və bütövlüklə Ermənistana kifayət qədər maliyyə xərcləyib. Söhbət böyük rəqəmlərdən gedir”.