Qırğızıstanda dələduzluq cinayətində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Türkmənistan vətəndaşı Azərbaycanda saxlanılıb.
EDnews xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Qırğızıstanın səlahiyyətli orqanları tərəfindən dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilmişdi.
Baş Prokurorluğun qərarına əsasən, həmin şəxs ekstradisiya edilərək Qırğız Respublikasına təhvil verilib.
Qeyd edək ki, Azərbaycan beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində cinayət törətməkdə təqsirləndirilən şəxslərin axtarışı və ekstradisiyası sahəsində digər dövlətlərlə əməkdaşlığı davam etdirir.







