Rusiya "İstanbul"u vurğuladı: KİM KOMPROMİSƏ GEDƏCƏK?

Rusiya <span class="text-danger">"İstanbul"u vurğuladı: KİM KOMPROMİSƏ GEDƏCƏK?</span>

"Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara hazır olduğunu bildirməsi Moskvanın sülh prosesinə real qayıdış niyyətindən daha çox, mövcud geosiyasi şəraitdə diplomatik mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir".

Bunu EDnews-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirib.

HASAN-OKTAY-İSTANBUL.jfif

O hesab edir ki, xüsusilə NATO gündəliyində Ukrayna məsələsinin yenidən ön plana çıxması fonunda Kremlin İstanbul razılaşmalarına istinad etməsi təsadüfi görünmür:  

"Türkiyə həm Moskva, həm də Kiyevlə əlaqə kanallarını açıq saxlayan azsaylı aktorlardan biri olaraq qalır. Bu baxımdan İstanbul formatı Rusiya-Ukrayna danışıqları üçün hələ də diplomatik platforma kimi əhəmiyyət daşıyır". 

Politoloqun qənaətincə, Moskvanın yenidən 2022-ci il İstanbul razılaşmalarına istinad etməsi bir neçə məqsədə xidmət edir:

"Rusiya bu yolla həm müharibənin uzanmasına görə məsuliyyəti Ukrayna və Qərbin üzərinə qoymağa çalışır, həm də mümkün danışıqlar üçün öz şərtlərini əvvəlcədən müəyyənləşdirmək istəyir. İstanbul görüşləri müharibənin əvvəlində tərəflərin razılaşmaya ən yaxın olduğu proses idi. Moskva bu faktı önə çıxararaq göstərmək istəyir ki, guya sülh imkanı vardı, lakin bu proses Ukrayna və Qərb tərəfindən dayandırıldı".

Politoloqun fikrincə, Kremlin İstanbul prosesinə qayıtmaq istəyi eyni zamanda beynəlxalq ictimaiyyətə yönəlmiş mesajdır. Moskva bununla özünü danışıqlara açıq tərəf kimi təqdim etməyə, Qərbin Ukraynaya hərbi dəstəyini isə müharibənin uzanmasına səbəb olan faktor kimi göstərməyə çalışır. 

İSTANBUL.webp

Hasan Oktay vurğulayıb ki, Ukraynanın NATO üzvlüyü məsələsi Rusiya üçün strateji prioritet olaraq qalır. Moskva bunu öz təhlükəsizliyi baxımından “qırmızı xətt” hesab edir. Bu səbəbdən mümkün danışıqlarda Ukraynanın neytral statusu və təhlükəsizlik təminatları əsas müzakirə mövzularından biri ola bilər. 

Ekspertin fikrincə, NATO toplantısının Ankara ilə bağlı gündəmi və Türkiyənin Qərb təhlükəsizlik sistemində artan rolu da Moskvanın bu mərhələdə İstanbul formatını yenidən xatırlatmasına təsir edən amillərdən biridir. Rusiya Türkiyənin həm NATO üzvü, həm də Moskva ilə dialoq qura bilən ölkə kimi mövqeyindən istifadə edərək diplomatik manevr imkanlarını genişləndirməyə çalışır. 

“Türkiyə bu prosesdə mühüm diplomatik platforma ola bilər. Lakin qalıcı həll üçün təkcə Türkiyənin səyləri kifayət etməyəcək. ABŞ və Avropa ölkələrinin mövqeyi də həlledici olaraq qalacaq”, — deyə Hasan Oktay əlavə edib. 

RUSİYA-UKRAYNA.jpg

Politoloqun sözlərinə görə, Putinin son açıqlamaları Moskvanın öz şərtləri əsasında diplomatik çıxış yolu axtardığını göstərir. Bununla belə, Kreml hələlik ciddi güzəştlərə hazır olduğunu nümayiş etdirmir. Bu səbəbdən yaxın dövrdə Rusiya-Ukrayna danışıqlarının taleyi Ukraynanın cəbhədəki müqavimətindən, Qərbin Kiyevə hərbi və iqtisadi dəstəyinin davamlılığından, eləcə də ABŞ və Avropa daxilindəki siyasi proseslərdən asılı olacaq.

"Nəticə etibarilə, İstanbul formatı hələ də Rusiya-Ukrayna danışıqları üçün mühüm diplomatik imkan olaraq qalır. Lakin bu formatın real nəticə verməsi üçün tərəflərin yalnız danışıqlara hazır olduqlarını bəyan etməsi kifayət deyil. Əsas məsələ Moskva və Kiyevin müharibə yolu ilə qəti nəticə əldə etməyin mümkün olmadığını qəbul etməsi və siyasi kompromisə hazır olmasıdır", - deyə analitik fikrini sonlandırıb.  

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada Rusiya hökumətinin üzvləri ilə keçirdiyi mətbuat konfransında Ukrayna böhranı ilə bağlı açıqlamalar verib. O, İstanbulda əldə edilən razılaşmalara əsasən Ukrayna ilə sülh danışıqlarına başlamağa hazır olduğunu açıqlayıb.   

Aysel Hacıyeva | EDnews

Xəbər xətti

“Zevs”in qardaşı 4 il azadlıqdan məhrum edildi
17:37
"Azəricard"dan kart hesablarındakı problemlə bağlı MÜHÜM AÇIQLAMA
17:33
İranla sərhəddə əməliyyat - DSX MƏLUMAT YAYDI
17:29
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı Azərbaycanda saxlanıldı
17:07
ABŞ-də Azərbaycanlıya YÜKSƏK VƏZİFƏ VERİLDİ
16:53
Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
16:42
SON DƏQİQƏ! ABB-dən sonra BU BANK KARTLARINDA PROBLEM YARANDI
16:40
Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilib - YENİLƏNİB
16:30
Nazir Respublika Fənn Olimpiadalarının qaliblərini qəbul edib
16:27
Tramp: "İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə..."
16:13
Ərdoğan: "Trampla görüşəcəyəm!"
16:01
TƏCİLİ! ABB kartlarından vəsaitlər SİLİNİR - FOTO
15:29
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTOLAR
15:22
Bir gündə 19 MİLYON BAREL: Neft bazarında NƏ BAŞ VERİR?
15:18
Rusiya "İstanbul"u vurğuladı: KİM KOMPROMİSƏ GEDƏCƏK?
15:15
"Araz-Naxçıvan" kolumbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
14:47
Türkiyəyə köç edən azərbaycanlıların sayı açıqlandı
14:39
"Lufthansa" İrana uçuşları bərpa etməyə hazırdır
14:33
Peskov: "Ermənistan inkişaf yolunu seçmək mərhələsindədir"
14:29
Bakıda Ağciyər Xəstəlikləri Mərkəzinin yeni xəstəxanası açılıb
14:22
Domeni "az" olan saytlar BAĞLANACAQ? - AÇIQLANDI
14:08
Şimali Koreya hərbi donanmasını genişləndirir
14:05
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
13:42
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
13:32
Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ
13:27
Hava dəyişir: YAĞIŞ, ŞİMŞƏK...
13:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI
13:04
Ronaldonun bacısından diqqətçəkən paylaşım: "Hamını susdurdu"
12:54
Rusiya Zaporojyedə yarımstansiyaya zərbə endirib
12:44
Belarus Ukrayna sərhədi yaxınlığında səfərbərlik təlimlərinə başlayıb
12:34
Şuşada TDT dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
12:14
Azərbaycan-Türkmənistan əməkdaşlığı: Türk dünyasında həmrəylik möhkəmləndirilir - ŞƏRH
12:00
Prezidentin köməkçisi pambıqçılıqda yeni dəstək mexanizmlərindən danışıb
11:57
Qarabağ Universitetində yeni təyinat - FOTO
11:50
YUMURTA gələn ay da 1 QƏPİK OLACAQ? – AÇIQLANDI
11:40
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili təmizlənir
11:37
Numan Kurtulmuş Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb
11:27
İslam Zirvə Konfransının 16-cı Sessiyası Azərbaycanda keçiriləcək
11:17
Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı MÜHÜM QƏRAR
11:07
Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
11:03
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür
11:02
Enerji ilə verilən SİYASİ MESAJ – Bakı İrəvana NƏ DEMƏK İSTƏYİR?
11:00
Prezident: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
10:55
İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçdi
10:54
Prezident İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanladı
10:49
Pit Heqsetdən "Qızıl günbəz" raketilə bağlı YENİ AÇIQLAMA
10:46
Yaponiyada ninja diplomu almaq üçün imtahan keçirildi
10:40
FHN hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ
10:34
Azərbaycan nefti yenidən ucuzlaşdı
10:28
“Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”: OĞUL XAMENEİ ŞÜARI DAVAM ETDİRƏCƏK?
10:23
Bir ayın əsgəri NİYƏ VƏFAT EDİB?
10:17
ADY-dən bilet satışı ilə bağlı iddialara CAVAB
10:11
”TikTok”da qeyri-etik ifadələr işlətdi, HƏBS OLUNDU
10:08
Bəzi ərazilərdə qaz olmayacaq
09:58
Doktoranturaya qəbul üzrə xarici dil imtahanları KEÇİRİLƏCƏK
09:48
İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlandı
09:35
Trampın Sülh Şurası BU ÖLKƏDƏ TOPLAŞACAQ
09:23
Türkanda FACİƏ: YOL QƏZASI CAN ALDI
09:14
Nyu-York birjasında təbii qazın dəyəri azalıb
09:13
"Brent" markalı neftin qiyməti kəskin düşdü
09:10
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR