Türkiyədə tanınmış şəxslərlə bağlı aparılan narkotik istintaqında yeni detal məlum olub.
EDnews xəbər verir ki, istintaq çərçivəsində 8 nəfərin narkotik testinin pozitiv çıxdığı bildirilib.
Məlumata görə, test nəticəsi pozitiv çıxan şəxslər arasında Kenan Doğulu, Ozan Doğulu, Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Oğuzhan Beker, Tolga Çam və Yaşar İpekin adları yer alır.
Hazırda araşdırmanın davam etdiyi qeyd olunur.
Qeyd edək ki, istintaq çərçivəsində adı çəkilən şəxslərlə bağlı yekun hüquqi qərar istintaq orqanlarının araşdırmasından sonra veriləcək.
.jpg)






