Türkiyədən alacağımız yeni raket sistemləri Heyrətləndirən SOM ailəsi...

Elm və texnologiya 18:53 23.02.2021
Türkiyə Müdafiə sənayesinin son illərdə nümayiş etdirdiyi istehsal tempi ən optimist ekspertləri belə təəccübləndirir. Layihələrin sürətli inkişafı, sınaqları, kütləvi  istehsalı və hazır məhsulun Silahlı Qüvvələrə çatdırılması artıq standart vəziyyətə çevrilib. Diqqəti cəlb edən xüsusi bir tendensiyanı da qeyd etməliyik. Sursat və onların daşıyıcılarını müxtəlif şirkətlərin istehsal etdiyi məlumdur, lakin onların özəl sektora və ya dövlətə aid olmasından asılı olmayaraq, şirkətlərin arasında kifayət qədər effektiv qarşılıqlı koordinasiya əlaqələri müşahidə edilir. İstehsal prosesi zaman baxımından da düzgün planlaşdırılır. Yəni nə sursat daşıyıcını, nə də daşıyıcı sursatı uzun müddət gözləmir. Artıq layihələndirmə prosesində bütün potensial daşıyıcılara yeni sursatın və ya raketlərin inteqrasiya imkanları nəzərə alınır.
 
Göründüyü kimi, Türkiyə müdafiə sənayesi daşıyıcıları və onların istifadə edəcəyi sursatların hazırlanması və istehsalı paralel olaraq həyata keçirir, proseslərin sinxron fəaliyyəti də diqqəti cəlb edir. Bundan əlavə istehsalçılar sursatların bir neçə müxtəlif tipli daşıyıcılar tərəfindən tətbiq edilməsini təmin edərək universal məhsullara üstünlük verirlər. 
 
Azərbaycan Hərbi Hava Qüvvələrinin Türkiyədən SOM qanadlı raketlərini əldə etməsi ilə bağlı olaraq, bu dəfə oxuculara adı çəkilən raket barədə məlumatları və onlarla bağlı düşüncələrimizi paylaşacağıq.
 
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının plenar iclasından iştirak etmək üçün Türkiyəyə səfəri zamanı iki qardaş ölkə arasında müdafiə sənayesi də daxil olmaqla 10-dan çox müqavilə imzalanıb. Razılaşmadan biri Türkiyənin ilk milli SOM qanadlı raketlərinin Azərbaycana ixrac edilməsini nəzərdə tutur. 
 
SOM raketinin təyinatı
 
2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM raketi quruda və su səthində həm hərəkətli, həm də sabit hədəfləri məhv etmək üçün nəzərdə tutulub. SOM quru, dəniz və hava platformalarından buraxıla bilən yüksək dəqiqlikli və yeni nəsil universal orta mənzilli qanadlı raketdir.
 
Hazırlanması və istehsalı 
 
Daha əvvəllər də Türkiyə Müdafiə Sənayesinin istehsal etdiyi istənilən milli məhsulun Azərbaycan üçün əlçatan olmasını qeyd etmişik. SOM qanadlı raketi ilə də vəziyyət nəinki dəyişməz olaraq qaldı, hətta bu münasibətlər daha da inkişaf edərək daha üstün bir səviyyə əldə etdi. Türkiyənin Müdafiə Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən layihələndirilən raketin istehsalı və xarici dövlətlərə ixracı ROKETSAN şirkətinə aiddir. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 sınaq uçuşunun həyata keçirilib. Bu sınaqlardan sonra, 2011-ci ilin sonunda raketlərin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edildi. Raket həmin ildə İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə ilk dəfə ictimaiyyətə nümayiş etdirildi.
 
Versiyaları və daşıyıcıları
 
İndiyə qədər SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-C və SOM-J kimi konfiqurasiyaları hazırlanıb və istehsal edilib. SOM qanadlı raketlərinin ilk 4 versiyası hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 (CCIP və Blok 50 variantlarında) və F-4E 2020 döyüş təyyarələrinə artıq inteqrasiya olunaraq sınaqları tamamlanıb. 2018-ci ildə Türkiyəyə 116 ədəd 5-ci nəsil F-35 qırıcısının satılması nəzərdə tutulurdu, lakin sonradan TSQ-nin S-400 ZRK əldə etməsi ilə onların tədarükü dayandırıldı. F-35 qırıcılarının daxili sursat bölməsinə raketin 4 ədəd “J” versiyası quraşdırılmalı idi, lakin proses hələ də ABŞ tərəfinin etirazları səbəbindən hələ də həyata keçirilməyib. Xatırladım ki, SOM-J raketləri havadan su səthinə zərbə endirmək məqsədilə F-35 qırıcılarına inteqrasiya üçün uyğunlaşdırılan yeganə qanadlı raketlərdir.
 
Sonuncu “J” versiyasının digər qırıcılarda tətbiqi hələlik isə nə təsdiq, nə də təkzib olunub. Məntiqlə baxsaq, bu, qeyri-mümkün olan bir proses kimi görünmür. Mütəxəssislər bunun üçün qırıcıların nişangahlarında, elektron optik tuşlama sistemlərində və raket asqılarında müəyən konstruksiya dəyişiklikləri aparılmalı olduğunu bildirirlər. 
 
Türkiyənin həm yerli “Atak 129” helikopterində, həm də sınaqları başa çatmaqda olan HALE tipli ağır “Akıncı” PUA-larında SOM raketlərinin döyüş tətbiqinin mümkün olması, Azərbaycan üçün onların istifadəsi üçün müsbət presedent yaradır. 
 
Raket komponentlərinin yerli istehsalı
 
Son SOM-J layihəsində raket mühərrik texnologiyalarında Türkiyənin xarici asılılığının azaldılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edildi.  Mühərrikin kompressor, yanma kamerası və turbo hissələri ilə bərabər digər mühərriklərdə də istifadə oluna biləcək yanacaq nasosu, yanacaq idarəetmə sistemi, elektron idarəetmə bloku və pirotexnika bölməsi kimi alt sistemlərinin inkişafı da bu nailiyyətlərdən hesab ediliir. İkinci mühüm nailiyyət isə yeni reaktiv mühərrikin hazırlanması üçün vacib olan orijinal sınaq cihazlarının qardaş ölkədə istehsal edilməsi oldu.
 
İdarəetmə
 
Mərkəzi şəbəkə əməliyyat konsepsiyasına uyğun olaraq hazırlanan SOM, zəruri hallarda, buraxıldıqdan sonra başqa bir istifadəçi, məsələn PUA və ya onun operatoru tərəfindən digər hədəfə qarşı da tətbiq edilə bilər. İnfraqırmızı aşkarlama sensorları raketin uçuş trayektoriyasının son mərhələsində hədəfə doğru daha həssas hərəkət etməyə imkan verir. Bu isə raketin “cərrah dəqiqliyini” təmin edir. Qanadlı raketlər “Universal Armament Interface” sisteminə də uyğunlaşdırılıb.
 
SOM-J raketlərinin təchiz olunduğu əsas idarəetmə sistemləri bunlardır:
 
- Ətalətli naviqasiya sistemi (INS);
- Qlobal Mövqe təyinetmə sistemi (GPS);
- Yer səthinə istinad edən naviqasiya sistemi (TBN);
- Görüntüyə istinad edilən naviqasiya sistemi (IBN);
- Avtomatik hədəf aşkarlama sistemi.
 
İdarəetmədə müxtəlif sistemlərdən paralel istifadə edilməsi, raketin öz hədəfindən minimal yayınmasına imkan yaradır.
 
Taktiki-Texniki Xüsusiyyətləri
 
SOM raketi baza versiyasında 3.6 metr uzunluğa, 600 kq ümumi və 230 kq döyüş başlığı kütləsinə malik idi. 500 kiloqram ümumi kütləyə malik olan SOM-J isə 4 metr uzunluqdadır, raketin qəlpəli fuqas və ya zirehdələn döyüş başlığının kütləsi isə 140 kq-dan artıqdır.
 
Aşağı görüntülənmə xüsusiyyətinə malik SOM qanadlı raketi barəsində açıqlanan ilkin məlumatlarda onun atəş məsafəsinin 180 km-dən artıq olduğu bildirilsə də, bir il sonrakı sınaqlarda raket 300 km məsafədə yerləşən hədəfi 5 m yayınma ilə məhv edərək öz rekordunu yenilədi. Raketin bir çox texniki xüsusiyyətləri “Tam məxfi” qirif altında qorunur. Hazırda raketin maksimal atəş məsafəsinin 2500 km-ə çatdırılması istiqamətində çalışmalar davam edir. 
 
Üstünlükləri
 
SOM raketi hədəfə uçuşu zamanı ortaya çıxan və əvvəlcədən planlaşdırılmayan yeni hədəflərə yönəldilə bilir. Raket korpusunda müxtəlif idaerəetmə sensorları sayəsində hədəfə doğru uçarkən çox aşağı hündürlükdə suyun və ya yerin səthini izləyir, bu isə SOM raketinin radarlardan gizlənməsini təmin edir. Raket hədəfə üst tərəfdən, yəni zireh mühafizəsinin ən zəif olduğu yerdən də zərbə endirə bilir.
 
İxracı
 
ROKETSAN şirkəti “DSEI 2015” sərgisində dünya silah bazarının əsas oyunçularının ilk beşliyində yer alan “Lockheed Martin” ilə SOM-J raketinin F-35 qırıcısının daxilinə inteqrasiyası üzrə müqavilə imzalasada, açıq mənbələrdə sifarişin yerinə yetirilməsinə dair etibarlı məlumatlara rast gəlinmir. Bu müqavilə ilə SOM raketlərini Avstraliya üçün istehsalı edilən F-35A döyüş təyyarələrinə quraşdırılması məqsədilə satıldığı ehtimal olunurdu. 
 
Azərbaycan HHQ-də SOM qanadlı raketləri
 
İlk dəfə 2018-ci ildə Azərbaycan Ordusunun 100 illik yubiley paradında nümayiş etdirilən SOM raketləri Silahlı Qüvvələrimizin silahlanmasında mövcud olan MiQ-29 və Su-25 təyyarələrinə, həmçinin hücum helikopterlərinə və ya Türkiyədən əldə edilə biləcək “Akıncı” ağır zərbə PUA-larına quraşdırılması mümkündür. Əvvəllər daha çox Su-25 təyyarələrinə quraşdırılması iddia edilən raketlərin son zamanlar Azərbaycanın MiQ-29 təyyarələrinə və helikopterlərə, bəzi konstruktiv dəyişikliklərdən sonra inteqrasiya oluna biləcəyi də mümkün hesab edilir. 
Vətən Müharibəsində idarəolunan aviasiya bombalarını uğurla sınaqdan keçirən Azərbaycanın istifadəsində SOM qanadlı raketlərinin mövcudluğunu nəzərə alsaq, onların buraxılması üçün Türkiyənin “Akıncı” zərbə PUA-larının istifadəsi daha məqsəduyğun, daha sərfəli və az riskli olacaq. Ən azından istehsalçı şirkət tərəfindən “Akıncı” PUA-larında SOM raketi standart sursat təchizatının elementi kimi nəzərdə tutulub.
 
SOM raketi barəsində açıqlanan ilkin məlumatlarda onun atəş məsafəsinin qısa müddət ərzində 180 km-dən 300 km-ə çatdırılması, hazırda isə raketin maksimum atəş məsafəsinin dəfələrlə artırılmasının planlaşdırılması, sözügedən qanadlı raketlərin yüksək modernizasiya potensialından və uzunmüddətli istifadəsinin mümkünlüyündən xəbər verir.
Belə bir məsafə diapazonu, pilotlu və ya pilotsuz daşıyıcı vasitəyə, düşmən HHM sisteminin məhvetmə zonasına daxil olmadan, qanadlı raketlərin buraxılmasını təhlükəsiz şəkildə icra etməyə imkan verir. İkincisi isə SOM kimi Türkiyənin digər ağıllı raket və sursatları ilə bərabər digər yerli istehsal olan daşıyıcılar da Azərbaycan üçün əlçatandır. Buna görə də Azərbaycan HHQ-nın aviasiya parkının yenilənməsi məqsədilə gələcəkdə alınması planlaşdırılıan vasitələrin həm SOM raketləri ilə, həm də yerli aviasiya sursatları ilə inteqrasiya məsələsi də daim diqqətdə saxlanılmalıdır.
 
Ədalət Verdiyev,
Hərbi ekspert
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı