Xəstə olduğu üçün bir həftə işə gedə bilmədi. Xəstə olması barədə iş yerinə arayış da təqdim etsə də, tovuz sakinini müdiri işdən çıxarıb. Vüqar İsmayılov iddia edir ki, müdiri arayışa baxmayıb və deyib ki, bu sənədin ona dəxli yoxdur. İşçi bununla bağlı məhkəməyə müraciət edib və məhkəmə onun xeyrinə qərar çıxarıb. Amma müdiri məhkəmə qərarını da yerinə yetirmir, Vüqar İsmayılovu işinə bərpa etmir.
Xəstəliyi səbəbindən cəmi 1 həftə işə getməyən işçini müdiri işdən azad edib. Hansı ki, xəstəliyi haqqında iş yerinə arayış da təqdim edib. Söhbət Tovuz rayon, Alakol kənd sakini Vüqar İsmayılovdan gedir. O, Kənd Təsərüfatı İstehsalat Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin müdiri tərəfindən işdən çıxarıldığını deyir.
Daha sonra isə Vüqar İsmayılov işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə Vüqar İsmayılovun xeyirinə qərar çıxarıb və işlə təmin edilməsi üçün Kənd Təsərüfatı İstehsalat Müəssisəsinə göstəriş verib. Lakin 3 övlad atası olan Vüqarı hələ də işinə bərpə etməyiblər.
Tovuz rayon Kənd Təsərüfatı İstehsalat Müəssisəsinin rəhbəri Əliyev Saləddin isə deyir ki, Vüqar İsmayılov xəstə olmayıb. Üstəlik onun xəstə olması ilə bağlı təqdim etdiyi arayış da saxtadır
Saləddin Əliyev deyir ki, məhkəmənin qərarından narazı qaldığı üçün, apeliyasiya şikayəti verib. Vüqar İsmayılovun işlə təmin edilib-edilməməsinə veriləcək qərardan sonra aydınlıq gələcək.