İnstitutdan Sayalı Sadıqovaya sərt cavab Səviyyəsi...

Cəmiyyət 18:43 27.10.2017
Sayalı Sadıqovanın indi təklif etdiyi bir neçə sözü mən 2004-cü ildə tərtib etdiyimiz Orfoqrafiya lüğətinə daxil etmişəm. Elə dildə artıq vətəndaşlıq hüququ qazanan “yükləyici” sözü də Orfoqrafiya lüğətində var. 2016-cı ildə buraxdığımız “Sözlər və yeni mənalar” kitabımda da var bu sözlərin hamısı. Mənim təkliflərimi o kitabdan götürüb öz adına təklif kimi niyə verir?
 
Bu sözləri filoloq-alimi, filologiya elmləri doktoru, professor, AMEA Dilçilik İnstitutunun Orfoqrafiya lüğəti şöbəsinin rəhbəri İsmayıl Məmmədov Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqovanın bəzi alınma sözlərin qarşılığı kimi səsləndirdiyi təkliflərə münasibət bildirərkən deyib.
 
Professor bildirib ki, Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın təklif etdiyi sözlərin əksəriyyəti çoxdan lüğətə salınıb:
 
“Biz “mesaj” sözünün vətəndaşlıq qazandığını nəzərə alaraq, “ismarış” sözünün təxminən sinonimi kimi çoxdan lüğət fonduna daxil etmişik. Sayalı Sadıqova isə indi “mesaj” sözünün qarşılığı kimi “ismarış” sözünü təklif edib. Bu hansı məntiqə uyğundur, ay Sayalı xanım?”
 
Ümumişlək statuslu olduğu üçün 15 il əvvəl lüğət fonduna daxil edilən bir sözün dəyişdirilməsi təşəbbüsünün elmə və dilçiliyə nə qədər aid olub-olmaması barədə sualı isə İ.Məmmədov belə cavablandırıb:
 
“Hərə öz səviyyəsinə uyğun açıqlama verir. Siz onun dediklərinə əhəmiyyət verməyin!”
 
Professor qeyd edib ki, dilə yeni gələn sözlərlə bağlı təkliflərin vaxtaşırı olaraq verilməsi çox vacib və gərəkli işdir:
 
“Ancaq məhz yeni gələn sözlə bağlı - əgər dildə qarşılığı varsa, onu tövsiyə etmək, qarşılığı yoxsa, Azərbaycan dilinin prinsiplərinə, imkanlarına və yaxud dilimizin daxil olduğu dil qrupuna uyğun təkliflər irəli sürmək yaxşı təşəbbüsdür. Ancaq yeni sözlərlə bağlı bu qədər problem qaldığı halda Azərbaycan dilinin normalarına uyğun olan, artıq qəbul edilmiş bir sözü sinonimi ilə əvəzləmək təklifi alimə yaraşmaz. “Proqnoz” sözü 40 ildir dilimizdə işlənir, bu sözün qarşılığı olaraq “öncəgörmə” təklifi edib. Belə çıxır ki, onun lüğətdən xəbəri yoxdur”.
 
İ.Məmmədov bildirib ki, özünü dilçi alim hesab edən, Terminologiya Komissiyasının sədr müavini olan insan yeni söz təklif etməlidir:
 
“Dilçi alimdirsə, yeni söz təklif etməlidir. Lüğətdə mövcud olan sözü necə təklif etmək olar? Bu dilçilik elminə həqarətdir. S.Sadıqova hətta “ismarış” sözünün yazılma qaydasını da bilmir. Bu söz “ismarıc” deyil, “ismarış”dır. Sonluq “ş” hərfidir. “İsmarlamaq”dır sözün kökü. “İsmarlamaq” – “ismarış”, “göndərmək” – “göndəriş” və s. – iş4 şəkilçisi ilə düzələn isimlərdir”.
 
Qeyd edək ki, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı Nazirlər müəyyənləşdirilərək, Kabineti yanında Terminologiya Komissiyası tərəfindən təklif edilib. Komissiyanın sədr müavini Sayalı Sadıqova bu barədə danışıb.
 
O, Azərbaycanda dilində qarşılığı təklif edilən sözlərin siyahısını açıqlayıb: ““Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.(kult.az)
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır
13:19 17.05.2025
İlham Əliyev: Səhiyyədə əldə edilən uğurlar həyata keçirdiyimiz islahatların bəhrəsidir
13:12 17.05.2025
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisi açılıb
13:08 17.05.2025
İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə açılışında iştirak edib
13:03 17.05.2025
İlham Əliyev: Tokayev Qazaxıstanın beynəlxalq arenadakı yerini möhkəmləndirib
12:59 17.05.2025
Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib
12:19 17.05.2025
İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
12:16 17.05.2025
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
12:14 17.05.2025
Özbəkistan Prezidenti Macarıstan və Sloveniyaya səfərlər edəcək
11:25 17.05.2025
Cənubi Koreyanın sabiq prezidenti seçkilər ərəfəsində partiyadan çıxıb
10:12 17.05.2025
Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
13:30 16.05.2025
Ukrayna etibarsız silah təchizatçılarına görə yüzmilyonlarla dollar itirib
13:25 16.05.2025
Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı
13:09 16.05.2025
Türkiyə Prezidenti Albaniyaya yola düşüb
12:48 16.05.2025
Sabah 27 dərəcə isti olacaq
12:27 16.05.2025
ABŞ Dövlət katibi İstanbula gedib
12:20 16.05.2025
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
12:13 16.05.2025
Postmodernizm Ədəbiyyatı Necə Dəyişdi?
11:57 16.05.2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
11:54 16.05.2025
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib
11:54 16.05.2025
İspaniya Türkiyənin “Hürjet” təlim-məşq təyyarəsini satın alır
11:45 16.05.2025
“Xəzər” jurnalının yeni nömrəsi çap olunub
11:45 16.05.2025
Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib
11:39 16.05.2025
Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
11:32 16.05.2025
Bakıda yeni ticarət mərkəzinin tikintisinə icazə verilib
11:30 16.05.2025
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
11:25 16.05.2025
Fransa İranı məhkəməyə verəcək
10:39 16.05.2025
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
10:39 16.05.2025
Bəzi dağ çaylarından sel keçəcək
10:37 16.05.2025
Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər
10:33 16.05.2025
Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı
10:26 16.05.2025
Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
10:26 16.05.2025
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
10:21 16.05.2025
Lamiyə Vəliyeva beynəlxalq turnirdə bürünc medal qazanıb
10:19 16.05.2025
Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
10:11 16.05.2025
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib
10:02 16.05.2025
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
09:32 16.05.2025
Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
09:21 16.05.2025
Bu gün hava küləkli olacaq
09:12 16.05.2025
Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
09:12 16.05.2025
Hamısı