3000-ə yaxın şəxs məktəb direktorluğu uğrunda “yarışa girib” | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


3000-ə yaxın şəxs məktəb direktorluğu uğrunda “yarışa girib”

Cəmiyyət A- A A+

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib.

Təhsil Nazirliyindən Eurasia Diary-ə verilən məlumata görə, elektron qeydiyyat iyulun 19-da başa çatacaq.Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlarlinkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...