Uşaq pulları ilə bağlı Yeni xəbər

Cəmiyyət 10:30 14.08.2019
Son zamanlar uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin ("uşaq pulu") bərpa edilməsi ilə bağlı müxtəlif fikirlər səslənib.
 
Eurasia Diary xəbər verir ki, hətta Milli Məclisin üzvləri də çıxışlarında dəfələrlə uşaq pulunun bərpa edilməsini zəruri hesab ediblər. Qeyd edək ki, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda "uşaq pulu” verilmir.
 
Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində sosial müavinət hazırda da mövcuddur. 18 yaşına qədər uşaqların dövlət tərəfindən təminatı Avropada mühim əhəmiyyət kəsb edir.
 
Qurumlarımız əksər hallarda beynəlxalq təcrübəni silah kimi əllərində saxlayırlar, lakin bu məsələyə heç də beynəlxalq yanaşa bilmirik, bir sözlə beynəlxalq təcrübə maraq dairəmizə daxil ola bilmir. Rusiyada "uşaq pulu” birdən-birə 50 rubldan 10 min rubla qədər artırıldı. 18 yaşına qədər də "uşaq pulu" verilir. İtaliya, Ukrayna, Belarus, Qazaxıstan, Avstraliya, Almaniya, Fransa, ABŞ, İsveç, Polşa, Yeni Zellandiya, Cənubi Koreya, əksər Mərkəzi və Şərqi Avropa ölkələrində və daha bir çox ölkələrdə "uşaq pulu" verilir...
 
Bu bir növ insan həyatına verilən dəyərin göstəricisidir. Əslində, uşaqlar müəyyən yaş həddinə çatana qədər "uşaq pulu"nun verilməsi bir baxımdan da zəruri haldır. Bunu zəruri edən səbəblərdən başlıcası isə bir sıra ailələrin aztəminatlı olmasıdır və aztəminatlı olan ailələrin onlar üçün nəzərdə tutulan sosial müavinəti ala bilməməsidir. Sosial müavinətlər aztəminatlı ailələr üçün nəzərdə tutulur, lakin buna baxmayaraq, bu gün yüzlərlə ailə haqqı olanı ala bilmir. Nəticədə maddi sıxıntılara görə ailədaxili problemlər yaranır. Uşaqlar üçün lazım olan qida, geyim və digər şeyləri valideynlər məhz  maddi sıxıntıya görə ala bilmirlər. Yəqin ki, uşaq qidalarının digərləri ilə müqayisədə daha baha başa gəldiyi də məlumdur. Həmçinin onların sağlamlığına da qayğı göstərmək lazımdır ki, bunu da maliyyə hesabına etmək mümkündür. Buna görə də, ən azından uşaqların xərclərinin ödənməsi üçün "uşaq pulu"nun bərpa edilməsi vacibdir.  
 
Bəs görəsən, Azərbaycanda "uşaq pulu" nə vaxt bərpa olunacaq? 
 
"Cümhuriyət”ə açıqlama verən iqtisadçı Vüqar Bayramov təklif irəli sürüldükdən sonra beyin mərkəzi olaraq parlament üzvləri və bir sıra hökumət qurumları ilə məsələni müzakirə etdiklərini bildirib:"Uşaq pulunun bərpası ilə bağlı təkliflər paketi İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən hazırlanıb və Azərbaycan hökumətinə təqdim olunub. Biz bir neçə ay öncə "uşaq pulu"nun bərpası ilə bağlı mexanizmi hökumətə təqdim etdikdə həm parlament üzvləri, həm digər dövlət qurumları ilə məsələ müzakirə edildi. Məsələ parlament üzvləri arasında da müzakirə olunub. Parlamentdə ilkin olaraq 3 yaşına qədər "uşaq pulu”nun verilməsi müzakirə edilib. Lakin nə parlamentdə, nə də hökumət qurumları tərəfindən uşaq pulunun bərpası ilə bağlı vaxt göstərilmədi". 
 
Ekspert 3 yaş qrupuna aid olan uşaqlar üçün 2.6 milyard manat vəsait lazım olduğunu qeyd edib. Bununla yanaşı büdcədən həmin vəsaitə qənaət etmə yollarını da göstərdiklərini diqqətə çatdırıb: "Biz isə "uşaq pulu”nun bərpası ilə bağlı üç yaş qrupu müəyyənləşdirmişik. Birinci yaş qrupu 3 yaşına qədər olan uşaqlardır. Bu yaş qrupunda olan uşaqlara daha çox "uşaq pulu”nun verilməsinin tərəfdarıyıq. Bunun səbəbi də onunla bağlıdır ki, 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları bahadır, səhiyyə xərcləri var. 
 
İkinci qrupa 3-6 yaş arası uşaqlar daxildir. Üçüncü mərhələyə 7-17 yaş arası olan uşaqlar daxildir. Bizim hesablamalarımız göstərir ki, bütün 17 yaşına qədər uşaqlara "uşaq pulu”nu vermək üçün 2.6 milyard manat vəsait tələb olunur. Biz eyni zamanda büdcədə həmin vəsaitə necə qənaət edilməsinə və həmin vəsaitin maliyyələşdirilməsi yollarını da göstərmişik. Ona görə də düşünürəm ki, uşaq pulu bərpa oluna bilər. 
 
Demək olar ki, inkişaf etmiş ölkələrin hamısında uşaq pulu verilir. Fərqli mexanizmlər var. Məsələn, İtaliyada "uşaq pulu” ailənin gəlir səviyyəsinə uyğun verilir, daha çox gəliri olan ailələrə "uşaq pulu” verilmir. Bəzi ölkələrdə uşaqların sayına görə verilir. Birinci uşağa vəsait verilmir, ikincidən başlayaraq uşaqların sayı artdıqca "uşaq pulu”nun da məbləği artır. Əksər ölkələrdə əhalinin gəlirlərindən və uşaqların sayından asılı olmayaraq "uşaq pulu” verilir. Azərbaycanda da bunun üçün kifayət qədər maliyyə var”.
 
Vüqar Bayramov deyib ki, "uşaq pulu”nun bərpası üçün imkanlar var,  son qərarı hökumət verməlidir:  "Sosial paketin də təqdim olunduğunu nəzərə alsaq, "uşaq pulu”nun bərpasını mümkün hesab edirik. Amma bütün hallarda qərarı hökumət verir. Nəticəni bilmək üçün hökumətin rəsmi qərarı olmalıdır. Ümid edirik ki, yaxın vaxtlarda "uşaq pulu”nun bərpasını görə  biləcəyik”. 
 
Ekspert deyib ki, parlament üzvləri arasında məsələ ilə bağlı fərqli mövqelər var: "Bəziləri 3 yaşadək uşaqlara "uşaq pulu”nun verilməsinin tərəfdarıdır, bəziləri 17 yaşadək verilməsini müdafiə edir. Parlamentdə Fazil Mustafa tərəfindən bir neçə dəfə bu məsələ irəli sürülüb. 3 yaşınadək uşaqların sosial müavinətinin artırılması ilə bağlı açıqlamalar olub, amma bu parlamentin gündəliyinə daxil edilməyib.  Bəzilərinin mövqeyi isə ondan ibarətdir ki, uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin mərhələli şəkildə verilməsinə ehtiyac var. Amma bu, onların hər birinin şəxsi mövqeyidir”. 
 
Deputat Fazil Mustafa da "Cümhuriyət”ə açıqlamasında deyib ki, məsələ növbəti sesiyada təkrar müzakirəyə çıxarılacaq: "Parlamentin yanaşmasını izah etmək mənim üçün çətindir. Çünki parlamentdə mənim özüm də daxil olmaqla ayrı-ayrı millət vəkilləri tərəfindən məsələ gündəmə gətirilib. Amma bütövlükdə parlamentin münasibəti qərar şəklində olur və hələki bu qərar yoxdur. Biz çalışırıq ki, belə bir qərar qəbul olunsun. Hətta mən təklif vermişdim ki, ən azı altı yaşa qədər uşaqlar üçün tətbiq olunsun. Çünki "uşaq pulu”nun olması ailələrin sıxıntılarının azalması deməkdir. 
 
Biz buna nail olsaq, ən azı bu uşaqların sağlam böyüməsi üçün ilkin addımı ata bilərik. Çünki çoxunun qida, müalicə, sağlamlıq problemi var. Ona görə də bu məsələlərdə problemə daha əhatəli yanaşmalıyıq. Bunu biz gündəmə vaxtaşırı gətiririk. Yəqin ki, növbəti sesiyada da məsələyə təkrar qayıdacağıq. Oktyabrda sesiya başlayacaq. Lakin qərarın nə vaxt qəbul olunacağını deyə bilmərəm”.( moderator)
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı