“Qara qutu” Azərbaycanda tədqiq olunacaq | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


“Qara qutu” Azərbaycanda tədqiq olunacaq

Cəmiyyət A- A A+

“İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir”​. 

Eurasia Diary “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu sözləri politoloq, bu gün dəfn edilən hərbi pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli deyib. O bildirib ki, qəzanın üzərinə "qara qutu"nun açılması və məlumatların oxunması böyük işıq saçacaq:

“Əminəm ki, bu işlər vicdanla aparılacaq və nəticə ortaya qoyulacaq. Bildiyiniz kimi, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqəsi eyni zamanda kəsilib. Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Hər şeyi aparılan tədqiqatların nəticəsi söyləyəcək”. 

Qabil Hüseynli qeyd edib ki, “qara qutu” Azərbaycanda tədqiq olunacaq:

“Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb. “Qara qutu” bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq. “Qara qutu”nun Rusiyaya göndərilməsi variantını mənim kimi ölkə rəhbərliyi də istisna edir”.

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi dünən Xəzər dənizindən tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...