Mübariz İbrahimovun atası əməliyyat olundu - FOTO | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Mübariz İbrahimovun atası əməliyyat olundu - FOTO

Cəmiyyət A- A A+
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ürəyindən əməliyyat olunub. 
 
Moderator.az xəbər verir ki, A.İbrahimov ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib. Hazırda palataya köçürülən şəhid atasının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bu haqda sayta şəhid ailəsinə yaxın olan Leyla Həsənova məlumat verib. 
 
Biz də kollektivimiz adından şəhidimizin atasına Allahdan şəfa diləyirik. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...