Millət vəkili Qənirə Paşayevaya “Fəxri diplom” təqdim edildi FOTOLAR

Cəmiyyət 17:51 16.10.2019

Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Bakıya səfərə gəlmiş özbək ziyalıları ilə, onun başçılıq etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) bir qrup fəalı arasında görüş-müzakirə keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər masaya yatırılıb, iki qardaş ölkə və xalq arasında hərtərəfli yaxınlaşmanın güclənməsi üçün ziyalıların, QHT və media quruluşlarının üzərinə düşən tarixi missiya haqqında danışılıb. Millət vəkili Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırova Özbəkistanın tanınmış şair-tərcüməçisi, ünlü “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, professor-doktor Babaxan Şərif, araşdırmaçı-yazar, türkoloq Şöhrət Barlas və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun iştirakı ilə keçirilmiş silsilə tədbirlərin önəmindən danışmışlar. Qeyd edilib ki, ədəbiyyatşünas, dilçi alim Babaxan Şərifin 70 illik yubileyinin Bakıda təntənəli şəkildə qeyd edilməsi; “Özbəkcə-Azərbaycanca, Azərbaycanca-Özbəkcə” sözlüyünün “Kaspi” qəzetinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində və habelə AMEA Ədəbiyyat İnstitutunda möhtəşəm təqdimatı, dahi Nizaminin özbəkcəyə çevrilmiş “Xəmsə”sinin Nizami adına Ədəbiyyat Muzeyində təqdimatı, ADPU-da professor-müəllim və tələbə heyəti ilə yaddaqalan görüş, “AzərKitab”da Xasiyyət Rüstəmin yaradıcılıq gecəsinin və “Azərbaycan, Qarabağ və sülh üçün oxu” klipinin təqdimatı silsilə tədbirlərin məhsuldar keçməsindən xəbər verir. ABAİB və RHİMİB rəhbərləri özbək ziyalıları ilə görüşdə iki qardaş ölkənin uyğunprofilli QHT-ləri arasında memorondum imzalanmasının, real addımların atılmasının vaxtının çoxdan çatdığını, eləcə də, qardaş şəhərlərin, qardaş bələdiyyələrin artması və əməkdaşlığın intensivləşməsi günün tələbidir. Məhz bu işdə ziyalıların üzərinə tarixi məsuliyyət düşür. Xoş ovqatda keçən görüşdə, özbək ziyalıları Azərbaycanlı QHT rəhbərlərinin irəli sürdüyü təklifləri dəstəklədiklərini bildirərək, ortaq nəşrlərin, gərəkli festival və konfransların keçirilməsi üçün əllərindən gələni edəcəklərini demişlər. Millət vəkili Qənirə Paşayevanın bugünlərdə Özbəkistana səfərini xatırladan özbək ziyalıları, ictimai fikrin düzgün qidalandırlması, özəlliklə gənc nəslin qardaşlıq ruhunda tərbiyələndirilməsi baxımından belə səfərlərin çox önəmli olduğunu demişlər. Görüşlərin sonunda Samir Abbasov Xasiyyət Rüstəmə və üç gün ərzində keçirilən silsilə tədbirlərdə xüsusi əməyi olan millət vəkili Qənirə Paşayevaya Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu Mədəniyyət Mərkəzinin “Fəxri diplom”unu təqdim edib.

Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan qardaş Özbəkistanın nümayəndə heyəti Azərbaycan Dövlət Pedoqoji Universitetini ziyarət ediblər, rektor Cəfər Cəfərov və müəllimlərlə görüşüblər. görüşüblər. Azərbaycan Dövlət Pedoqoji Universiteti ilə Özbəkistanda fəaliyyət göstərən Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində və ortaq layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayevanın müşayəti ilə Özbəkistandan gələn qonaqlar Azərbaycan Dövlət Pedoqoji Universitetinin fəaliyyəti yaxından tanış olublar. Özbəkistandan gələn qonaqlara universitetdə yerləşən “Türk Dünyası Mərkəzi”, burada keçirilən tədbirlər, layihələrlə bağlı məlumat verilib.

 
 
 
 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Hamısı