Güney Azərbaycanda güclü zəlzələ - 5 ölü, 120 yaralı - FOTO | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Güney Azərbaycanda güclü zəlzələ - 5 ölü, 120 yaralı - FOTO

Cəmiyyət A- A A+

İranın şimal-qərbində 5,8 bal gücündə zəlzələ olub. Eurasia Diary “TASS”a istinadən məlumatına görə, dağıdıcı yeraltı təkan nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Zəlzələ Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Yeraltı təkanların episentri Təbrizdən 118 kilometr aralıqda yerləşib.

Daha əvvəl xəbər verdiyimiz kimi, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

**

İranın şimal-qərbində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb. 

Eurasia Diary-nin "PRESS TV"yə istinadən məlumatına görə, azı 5 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb. 

Fövqəladə hadisə yerinə səkkiz xilasedici komanda göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...