“525-ci qəzet” - 25 YAŞINDA... | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


“525-ci qəzet” - 25 YAŞINDA...

Cəmiyyət A- A A+
17 noyabr tarixi Azərbaycanın çap mətbuatı sırasında özünəməxsus yeri olan “525-ci qəzetin” yaranma günüdür. “525” nə az-nə çox, düz 27 yaşına çatır.
 
1992-ci il 17 noyabrda ilk dəfə nəşrə başlayan qəzetin adının seçilməsi də maraqlı olub. 
 
Eurasi Diary xəbər verir ki, baş redaktor Rəşad Məcidin modern.az-a dediyinə görə, o zaman “525”i yaradan jurnalistlər əvvəlcə qəzeti “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar.
 
Daha sonra qeydiyyatdan keçən sayca 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.
1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur.
 
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir.
 
Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...