"Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim" - Cəlil Məmmədquluzadənin nəticəsi | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


"Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim" - Cəlil Məmmədquluzadənin nəticəsi

Cəmiyyət A- A A+

"Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli və sevilən şəxs olduğunu bilmirdim".

Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəlil Məmmədquluzadənin Bakıya qonaq gələn nəticəsi Martin Cavanşiri deyib.

O bildirib ki, C.Məmmədquluzadən ev muzeyinin təmirdən sonra açılışında iştirak etmək onun üçün ifadə olunmaz bir hissdir: "Ümumiyyətlə, Azərbaycanda ilk dəfədir səfərdəyəm. Ümid edirəm, səfərimiz davamlı olacaq. Mən Azərbaycana heyran oldum. Azərbaycan haqqında təəssüratlarım belədir ki, ölkə həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir".

M.Cavanşiri yaşadığı Polşada mühəndis işlədiyini bildirib. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...