BDU rektoru tələbələrlə bağlı məsələyə münasibət bildirib | Eurasia Diary - ednews.net

15 Dekabr,


BDU rektoru tələbələrlə bağlı məsələyə münasibət bildirib

Cəmiyyət A- A A+

'Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib''. 

Eurasia Diary xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbənin durumuna münasibət bildirərkən deyib.

Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil: ''Çünki bu hamıya psixoloji təsir göstərir. Bu gün xəstəxanaya aparılan tələbələrdən biri bizim, digəri isə başqa universitetin tələbəsidir''.

E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrə verilən yemək kartı və universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ''Birmənalı olaraq bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bir-birinə bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini istəyirik''.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...