Baş nazirdən təhsillə bağlı QƏRAR: - İllik xərclər təsdiqləndi - CƏDVƏL | Eurasia Diary - ednews.net

4 Avqust, Çərşənbə axşamı


Baş nazirdən təhsillə bağlı QƏRAR: - İllik xərclər təsdiqləndi - CƏDVƏL

Cəmiyyət A- A A+

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib.

EDNews.net-in xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əvvəlki qərarın 1-ci hissəsində, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiq edilmişdi.

Baş nazir Əli Əsədovun yeni qərarı isə təhsil xərclərinin illik miqdarını müəyyənləşdirir.

Qərarda, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana illik xərclərin miqdarı göstərilib.

Sənəddə ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı təsdiqlənib. Lakin burada dissertantlıq istisna təşkil edir.

İllik xərclər üzrə cədvəlləri təqdim edirik:

 
 
 
 
 
 
 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...