Ukrayna səfiri Gəncədə - “Bu cinayəti törədən günahkarlar cəzalandırılmalıdır!” - FOTOLAR | Eurasia Diary - ednews.net

11 Aprel,


Ukrayna səfiri Gəncədə - “Bu cinayəti törədən günahkarlar cəzalandırılmalıdır!” - FOTOLAR

Cəmiyyət A- A A+

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Gəncə şəhərinə səfəri çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış ərazidə olub.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə ukraynalı diplomat “Twitter”də məlumat verib.

O, 2020-ci ilin payızında Ermənistan ordusunun raket zərbələri nəticəsində ölən mülki vətəndaşların xatirəsini ehtiramla yad edib.

“Bu cinayəti törədən günahkarlar cəzalandırılmalıdır!”, - deyə səfir bildirib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabr ayında Gəncə şəhərini bir neçə dəfə bombalaması nəticəsində 25-dən artıq mülki şəxs həlak olub.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...