Rusiyadan Qarabağa yenə humanitar yardım göndərildi | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Rusiyadan Qarabağa yenə humanitar yardım göndərildi

Cəmiyyət A- A A+

Rusiyanın Azərbaycanda yerləşdirilən sülhməramlı kontingenti Qarabağdakı ermənilərə növbəti dəfə humanitar yardım paylayıb.

Eurasia Dairy Axar.az-a istinadən xəbər verir ki, məlumatı Rusiya MN yayıb.

Keçmiş Əsgəran rayonunun iki kəndində yerləşdirilən ermənilərə verilən yardımı Rusiyanın ictimai təşkilatları və xeyriyyə fondları göndərib.

“Rus humanitar missiyası”, “Doktor Liza” və “Yaxşılığa tələs” qurumları adından sakinlərə təqdim edilən yardımda zəruri tələbat malları, o cümlədən geyim, gigiyenik məhsullar və uşaq oyuncaqları var.

Qeyd edək ki, xeyriyyə təşkilatları vasitəsilə indiyə qədər Qarabağ ermənilərinə 150 tondan çox humanitar yük çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...