Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılaşmağa doğru gedir.
Bu barədə EDNews.net-ə sənətçinin bacısı Səidə Əliyeva bildirib.
“Vəziyyəti stabildir. Saturasiyası normaldır. Hərarəti yoxdur”, - Əliyeva deyib.