Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı - ednews.net

21 Yanvar, Cümə

Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı

Cəmiyyət A- A A+

Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.

EDNews.net-in Oxu.Az-a istinadən verdiyi məlumata görə, insan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb.

Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...