Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub - FOTOLAR - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub - FOTOLAR

Cəmiyyət A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi təyin olunub.

Ednews-in əldə etdiyi məlumata görə, bu vəzifə Samir Səfərova həvalə edilib.

O, indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də çalışıb.

Xatırladaq ki, BBAK 2009-cu ildə istifadəyə verilib. Kompleks 232,5 min m2 ərazini əhatə edir və burada müasir standartlara cavab verən bilet satışı məntəqəsi, gözləmə zalları, açıq və qapalı parkinq, “Avtovağzal” metro stansiyası, Ticarət Mərkəzi (Outlet), Otel, Yanacaqdoldurma məntəqəsi, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...