Hazırda Şuşa şəhərində "Azəristiliktəchizat" ASC-nin yeni qazanxanasının tikintisi aparılır.
Ednews xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
"Qısa müddət ərzində qazanxananın inşasını başa çatdırmağı düşünürük. Azad edilən digər ərazilərdə də istilik təchizatı sistemlərinin qurulması ilə bağlı layihələrimiz var", - İ. Mirzəliyev qeyd edib.
Onun sözlərinə görə, Energetika nazirliyi, Arxitektura və Şəhərsalma Komitəsi və ölkə başçısının həmin ərazilərdəki nümayəndələri ilə razılaşdırılmaqla konsepsiya hazırlamağa çalışırıq: "Həmin konsepsiyada azad edilmiş ərazilərdə istilik təchizatı sistemlərinin qurulması strategiyasının müəyyən edilməsi nəzərdə tutulub".
O bildirib ki, müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub:
“Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”.
İlham Mirzəliyev onu da qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, biri isə dizellə işləyir.