TƏBİB: Bakıda cəmi iki xəstəxana koronavirus xəstələri üçün çalışır - ednews.net

24 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

TƏBİB: Bakıda cəmi iki xəstəxana koronavirus xəstələri üçün çalışır

Cəmiyyət A- A A+
"Koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub".
 
Ednews xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq görərik ki, peyvəndləmə ilə bağlı rəqəmlər kifayət qədər yaxşıdır. Bu həm Bakı, həm də regionlar üzrə yaxşı göstəricidir: “Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır. Bu da aktiv xəstə sayının azalmasından irəli gəlir. Hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır. Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl edilsin. Çünki hələ də pandemiyadır. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz davam edir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...