Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdamın işğaldan azad edilən ərazilərinə səfəri başlayıb.
Ednews "Report"a istinadən xəbər verir ki, din xadimləri əvvəl rayonun Ağdam kəndində olublar.
Qonaqlar burada erməni vandallığının əyani mənzərəsini müşahidə ediblər. Onlara işğal dövründə Ağdamın ermənilər tərəfindən minalanması, hazırda da rayon ərazisində mina təhlükəsinin daha ciddi bir şəkildə olması barədə məlumatlar verilib.
Hazırda səfər davam edir.