Qazaxda “TIR” sürücüsü ürəktutmasından vəfat edib.
Ednews apa-ya istinadən xəbər verir ki, hadisə " “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.
Qazaxıstan Respubilkasının vətəndaşı 1978-ci il təvəllüdlü Sputnikov Vitalinin halı qəfil pisləşib.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Müayinə zamanı xarici vətəndaşın öldüyü məlum olub.
Məlumata görə, “TIR” sürücüsü S.Vitali ürək çatışmazlığından əziyyət çəkib.