“Şuşa qalası” layihəsinə start verildi - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Şuşa qalası” layihəsinə start verildi

Cəmiyyət A- A A+
Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Şuşa qalası” layihəsinə start verib. 
 
Nazirlikdən Ednews-a verilən xəbərə görə, layihə çərçivəsində hər buraxılış Şuşanın bir məhəlləsində çəkiləcək. 
 
Məhəllədə olan tarixi tikililər, küçə ilə bağlı mənbələrə istinad, bu məhəllənin adət-ənənələri, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumat veriləcək.
 
Əsrlər boyu burada kök salmış nəsillər barədə informasiya təqdim olunacaq. Videoçarxlarda həmçinin mədəniyyət beşiyimiz Şuşada aparılan yenidənqurma və bərpa prosesi də önə çəkiləcək. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...