Ağcabədi sakinindən avtomat götürüldü - ednews.net

17 Avqust, Çərşənbə

(+994 50) 229-39-11

Ağcabədi sakinindən avtomat götürüldü

Cəmiyyət A- A A+
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ednews-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkumluğu olan Rauf Əliyev saxlanılıb.
 
Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...