“Azyaşlı uşaqlar və qadınları irəli verənlər adətən İran təsiri altında olanlardır” İlahiyyatçı

Cəmiyyət 14:37 12.08.2022
Xəbər verdiyimiz kimi, Şamaxı rayonunda bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı məlumatlar yayılıb. 
 
Hazırda azyaşlıların ziyarətgahlara gedişini təşkil edən 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib.
 
Məsələ ilə bağlı ilahiyyatçı-alim Tural İrfan Ednews-a danışarkən bildirib ki, azyaşlı uşaqları dinin, inancın mahiyyəti ilə qavradıqları səviyyədə məlumatlandırmaq yaxşıdır. Lakin xurafatı yox, dini. 
 
 
“Hətta biz təklif etmişik ki, orta məktəblərdə də sadəcə məlumatlandırma, maarifləndirmə xarakterli olaraq dinlərin tarixi, mahiyyəti haqqında dərslik hazırlansın və əlavə oxu kimi şagirdlərə keçilsin. Çünki vaxtında dini məlumat almayan, heç bir təməl dini bilgisi olmayan uşaq böyüyür və dinə olan ehtiyacını ödəmək üçün axtarışa çıxır. Nəticədə əvvəldən bilgisi olmadığına görə və ya aşağı səviyyədə olduğuna görə ya radikal dinçilərin, ya da xurafatçıların cənginə keçir”.
 
T. İrfan qeyd edib ki, İslam dininə görə həddi buluğa çatmamış uşaqlara heç bir dini mükəlləfiyyət yoxdur. 
 
“Hətta onlara namaz, oruc kimi fərz olan ibadətlər də vacib deyil. Pirlər və ziyarətlərə getmək isə ümumiyyətlə İslam dininə aid deyil. Bu əvvəlki dinlərdən qalma işdir. Məktəb uşaqlarını, azyaşlıları pirlərə, xurafat məkanlarına aparmaq doğru deyil. Onlar dərs oxumalı, savad almalıdırlar. Quranın ilk ayəsi "Oxu!" deyə əmr edir, "Pirə get" demir. Ola bilsin qeyd edilən fakt İran təsiri ilə olub. Çünki son günlər İran aktivləşib, Azərbaycana qarşı təxribatlar edir. Ölkəmizdə də bəzi şəxsləri təsir altına sala bilib, hətta bunların içində müəllimlər də nəzərə çarpır”.
 
İlahiyyatçının sözlərinə görə, hər yaş dövrünün öz təlimi, ibadəti var. 
 
“Tutaq ki, Aşura nədən bəhs edir? Qan tökülüb, baş kəsilib, körpələr qətlə yetirilib. İnsanlar ağlayır, başına döyür, sinəsini cırır... Uşağın elə yerdə nə işi var? Psixoloji cəhətdən uçaqlara qətiyyən olmaz elə yerdə dayanmaq. Hətta dinimizə görə qəssab heyvan kəsən zaman onu uşaqların, insanların gözü önündə kəsməməlidir. Heyvan cəmdəyini uşaqların görəcəyi yollardan asmaq günahdır. O ki, qala uşaqları aparasan Aşura mərasiminə, orada insanlar başını yarır, ağlaşır, özünü döyür, üzünü cırır, zəncir vurur və. s. Uşağın yaddaşında qara bir kabus formalaşır din haqqında. Uşaq düşünür ki, din ancaq qılıncla vaxtilə insanların bir-birini qırması deməkdir. Fəqət bu belə olmamalıdır. Uşaqlar təhsilə, elmə, tərbiyəyə cəlb olunmalıdırlar. Dinimiz bunu tələb edir. O müəllimin uşaqları ora aparmasının səbəbləri araşdırılmalıdır görək kimin barmağı var. Müəllim əksinə uşaqları belə xurafatlardan uzaq tutmalıdır, nəinki daha da əksini etsin. Azyaşlı uşaqlar və qadınları irəli verənlər adətən İran təsiri altında olanlardır”.
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Ednews-a açıqlaması zamanı bildirib ki, uşaqlar ziyarətlərə başlarına qara bağlanıb, ora ərəbcə nəsə yazılıb aparılırsa o bunun qəti əleyhinədir. 
 
 
“Hesab edirəm ki, uşaqları təmamilə fərqli formada bu təsirlərin altına salmaq lazım deyil və buna görə təqsirli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hansısa ziyarətə illərdir uşaqla və ya tək özü saf niyyət edib gedirsə bunu ifrata vardırmaq və insanları qıcıqlandırmaq da lazım deyil. Görünür, o qadının niyyəti başqa olub ki, onu saxlayıblar. İnsanlar ziyarəti özləri tanıyır. İstər ziyalısı da, istərsə də qeyri-ziyalısı olsun rahatlıq tapmaq üçün əsrlərlə ziyarətlərə gedir. Bunu niyə kimsə təşkil edir? Deməli burada niyyət başqa olub”. 
 
Hüquq müdafiəçisi Sahib Məmmədov açıqlamasında bildirib ki, Ailə Məcəlləsinə görə uşaqları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
 
 
“Vəzifə olan yerdə də həmçinin məsuliyyət olur. Təşkilatçılarla bağlı müvafiq qanunvericilik tətbiq edilməlidir. Amma valideynlər arasında marifləndirici iş aparılmalıdır. Uşaqların gələcəkdə hər hansı dinə etiqad edib etməmək və ya hər hansı ayini yerinə yetirmək və ya ateist təbliğatı aparmaqda seçim etmək hüququ var. Valideynlər körpə yaşlarından uşaqları məqsədli şəkildə nə dini istiqamətdə, nə də onun əksi istiqamətidə yönləndirməməlidirlər. Uşaqları normal tərbiyə etmək lazımdır ki, böyüyəndə seçim edə bilsinlər. Valideynləri məktəbə və ya müvafiq qurumlara dəvət etmək, təşkilatçılar barədə məsuliyyət tətbiq etmək olar. Uşaqların təfəkkürü, dünyagörüşü tam formalaşmamış onları məqsədli yönəltmək fəsadlara gətirib çıxara bilər”.
 
Gülnar Səlimova
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
Hamısı