Ağdam rayonunun Sarıcalı kəndində rayon icra hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı layihəsi əsasında tikilən kitabxananın açılışı olub.
Ednews xəbər verir ki, açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Təhsil proqramı üzrə koordinatoru Karla Huver, təhsil işçiləri, kitabsevərlər və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları kitabxanada yaradılan şəraitlə tanış olublar.