AMEA-nın yeni nizamnaməsinin ilkin nümunəsi hazırlandı - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

AMEA-nın yeni nizamnaməsinin ilkin nümunəsi hazırlandı

Cəmiyyət A- A A+
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsinin ilkin nümunəsi hazırlanıb. 
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli açıqlama verib.  
 
O, Report.az-a bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla AMEA-da yeni struktur islahatlarının aparılması, strukturun müəyyən edilməsi və nizamnamənin hazırlanıb təqdim olunmasına üç ay vaxt verilib: 
 
"Buna baxmayaraq, həm struktur istiqamətləri üzrə iş aparılır, həm də müzakirələr keçirilir. Ümid edirəm ki, Rəyasət Heyətinin bugünkü iclasında da bu istiqamətdə müzakirələr aparıla bilər. Nizamnamənin yenidən hazırlanması istiqamətində də işlər davam etdirilir.  
 
Nizamnamənin yeni formatda ilkin nümunəsini hazırlamışıq. Yaxın zamanlarda Nizamnamə Komissiyasının üzvləri ilə birlikdə onun müzakirələri davam etdiriləcək və Rəyasət Heyətinin müzakirəsinə veriləcək". 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...