Mətbuat Şurasında nə kimi yeniliklər olacaq? SORĞU

Cəmiyyət 16:51 28.09.2022

Xəbər verdiyimiz kimi Mətbuat Şurasının yeni sədri Rəşad Məcid oldu. Bu xəbərə sevinələr də oldu, tənqid edənlər də.

Hazırda cəmiyyəti maraqlandıran isə bir sual var - MŞ jurnalistikamızda hansı yeniliklər edəcək?

Ednews bununla bağlı tanınmış jurnalistlərin münasibətini öyrənib. Cavabları təqdim edirik:

Deputat Hikmət Babaoğlu düşünür ki, Rəşad Məcid Azərbaycanda Milli Mətbuatımızın formalaşmasında  iştirak edən, onun inkişafına həm üslub, həm də məzmun baxımından töfhələr verməyi bacaran yaradıcı ziyalılarımızdan biridir.

“Onun Mətbuat Şurasına sədr seçilməsi mətbuatımızın hazırki inkişaf mərhələsində yeni keyfiyyət dəyişikliyi yarada bilər. Nəzərə almaq lazımdır ki, elə bir mərhələdən keçirik ki, mətbuat adına iddialı olan həddindən çox müxtəlif platformalar və resurslar var. Hər nə qədər biz onları mətbuat hesab etməsək də belə resursların hər biri özlüyündə kütləvi informasiya vasitəsidir. Yəni ən adi bir sosial şəbəkə hesabında paylaşılan status ən azı 5 min insan üçün əlçatan olursa, bu artıq informasiyanın kütləviləşməsi hadisəsidir. Baxmayaraq ki, həmin profilin peşəkar məsuliyyəti yaxud media subyekti statusu yoxdur, amma fakt faktlığında qalır. Ona görə də Mətbuat Şurası o qədər etibarlı və keyfiyyətli fəaliyyət göstərməlidir ki, vətəndaşların informasiya istehlak etmək tələbatı bu şura ətrafında biləşən media qurumlarından ödənilisin. Beləliklə obyektiv və intellektual informasiya cəmiyyəti formalaşdıra bilək. Bundan başqa hələ də informasiyanı manipuliyasiya edən, istismar vasitəsi hətta silah kimi görən subyektlər var. Onlara qarşı da mübarizə aparmaq xeyli dərəcədə aktualdır. Ona görə də Mətbuat Şurasının qarşısında olduqca  mühüm vəzifələr dayanır. Rəşad Məcidin çoxillik media təcrübəsi, ictimai nüfuzu bütün bu vəzifələrin öhdəsindən gəlmək üçün yaxşı perspektivlər yaradır. Əminəm ki, biz Mətbuat Şurasının yeni keyfiyyətdə və daha səmərəli faliyyətini görə biləcəyik”.

Jurnalist Ağa Cəfərli qeyd etdi ki, Rəşad Məcid Azərbaycan mətbuatının qocamanlarındandır. Bu baxımdan Mətbuat Şurasının sədri seçilməsi də bu baxımdan təsadüfü deyil.

“Rəşad müəllimi yaxşı tanıyırıq, bacarıqlı, işini bilən, iş görən adamdır. Təbrik edirəm Rəşad müəllimi. Amma bu gün mediamızdam xüsusi gözləntim yoxdur. Çünki ilk növbədə Mətbuat Şurasının geniş səlahiyyətləri, nəyəsə təsir etmək imkanı yoxdur. Tənqid, polemika olmayan, yerdə isə tərəqqi, inkişaf ola bilməz, mümkün deyil”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirdi ki, qurultay adi formada keçirildi. Sədrin dəyişməyini nəzərə almasaq demək olar, qeyri-adi heç nə baş vermədi.

“Son 10 ildə Mətbuat Şurasının fəaliyyətdə olduğu illərdə gözləntilər hədsiz dərəcədə çox olub. 2008-ci ildə qurumun qurultayında nizamnaməyə edilən dəyişiklik və sədrin iki dəfə seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması MŞ-nın imicini ciddi şəkildə zədələdi. Sonra müəyyən çatlar əmələ gəldi. Təəssüf ki, o çatlar dərinləşdi. MŞ medianın özünü tənizmləməsi və özündə bir çox jurnalist təşkiltlarının media qurumlarını birləşdirən ictimai təşkilatdır. Onun əsas funksiyası  media ilə cəmiyyət arasında olan münasibətlərdə müəyyən bir rol oynamaqdır. Xüsusən mətbuatdan olan şikayət və narazılıqların məhkəməyə qədər həllinə nail olmaqdır”.

Q.Məhərrəmli fikirlərinə davam edərək bunları vurğuladı:

“Cəmiyyətimizdə MŞ-la bağlı rəy yaranıb ki, müstəqil deyil. Düşünürəm ki, qurumun fəaliyyəti yenidən qurula bilər. MŞ etik komissiya kimi mediaya, cəmiyyətə və müəyyən ictimai davranışlara təsir edə bilər”.

 

Sorğunu keçirdi: Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı