Xəzər rayonu, Buzovna qəsəbəsində ötən gün baş verən bıçaqlanma hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Ednews xəbər verir ki, bıçaqlanmada ağır xəsarətlər alan ailə üzvlərinin vəziyyəti ilə bağlı TƏBİB açıqlama verib.
Məlumatda qeyd olunur:
“Xəzər rayonu, Buzovna qəsəbəsində baş verən hadisə nəticəsində xəsarət alan 3 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Xəsarət alan 1971-ci il təvəllüdlü R.Muradov göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib. Hazırda tibb müəssisəsində iki nəfərin müalicəsi davam etdirilir. 1945-ci il təvəllüdlü Ş.Muradovanın vəziyyəti ağır, 1997-ci il təvəllüdlü E.Ağalarovun vəziyyəti isə orta ağır qiymətləndirilir”.
Xatırladaq ki, hadisə ötən gün saat 20 radələrində baş verib. Nəticədə 83 yaşlı Elbrus Muradov və oğlu 51 yaşlı Rahil Muradov aldıqları ağır xəsarətlərdən ölüb.
77 yaşlı Şahirə Muradovanın və 25 yaşlı nəvəsi Elbrus Ağalarovun isə müalicəsi davam etdirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışları davam edir.