Paytaxtda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir - VİDEO - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Paytaxtda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir - VİDEO

Cəmiyyət A- A A+

Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” ("Sisters apart") filminin nümayişinin planlaşdırdığına görə Bakıda "Landmark"ın qarşısında etiraz aksiyası keçirilib. 

Ednews xəbər verir ki, nümayişçilər “Terrorizmə son”, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər. 

Bakıda fəaliyyət göstərən kinoteatrlar filmin nümayişindən imtina ediblər. Buna səbəb isə Anti-Türkiyə mövzusunda lentə alınmış filmin məzmununun ölkəmizdə narazılıq yaratmasıdır. Buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi filmi gələn həftə "Landmark"da nümayiş etdirməklə bağlı sosial şəbəkədə elan yayıb. 
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən isə bildirilib ki, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib. 

Qeyd edək ki, filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...