NATO ekspertləri Bakıda treyninq keçirir - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

NATO ekspertləri Bakıda treyninq keçirir

Cəmiyyət A- A A+

Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.

Müdafiə Nazirliyindən Ednews-a verilən məlumata görə, distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.

Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...