"Qanlı göl"ün ətrafında PARK SALINACAQ - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Qanlı göl"ün ətrafında PARK SALINACAQ

Cəmiyyət A- A A+
"Qanlı göl"ün ətrafındakı şamlıqda park salınacaq. Ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək".
 
Ednews  xəbər verir ki, bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib:
 
"Bizim yanaşmamıza görə, seçilmiş ərazidə yaşıllıq varsa, o, landşaft olaraq saxlanılmalıdır. Bu gün yaşıllıq və su mənbələri ilə bağlı həyəcan təbili çalınır. Bəzən bizə gətirilən nümunələrdə yaşıllıqlar gizlədilir. Az əmək və xərc sərf etməklə bir iş ortaya qoyurlar. Bu, qəbuledilməzdir.
 
Ona görə hədəfimiz əsas məqsədə nail olmaqdır. Bu baxımdan ümid edirik ki, "Qanlı göl" ərazisi üzrə keçiriləcək layihə də başqa layihələr üçün nümunə olacaq".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...